Azərbaycan Gənclər Fondu — Vikipediya

Azərbaycan Respublikasının Gənclər Fondu
  • Azərbaycan Respublikasının Gənclər Fondu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılma tarixi 7 fevral 2011
(7 mart 2018)
Əvvəlki qurum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu
Tabelik Azərbaycan Respublikasının Prezidenti
Ünvan Azərbaycan, Bakı. Zərifə Əliyeva küç. 93.
Rəhbərlik
İcraçı direktor Fərid Cəfərov

Rəsmi saytı youthfoundation.az

Azərbaycan Respublikasının Gənclər Fondu- 7 mart 2018-ci il tarixində yenidən yaradılan, Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı[1] ilə təsis olunmuşdur. Fond Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının[2] həyata keçirilməsi üzrə Tədbirlər Planın[3] 6.1.4-cü bəndinə əsasən yaradılmışdır.

Fond daha öncə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərmişdir.

2018-ci ilin mart ayının 7-sində isə adı Azərbaycan Respublikasının Gənclər Fondu olaraq dəyişdirildi.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

  1. gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
  2. gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyalarını dəstəkləmək;
  3. gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək.
  4. Fondun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  5. Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsini və qrant maliyyələşdirilməsini təşkil edir.

Fond 2020-ci ildə BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə "Daha yaxşı dünya üçün" Beynəlxalq Gənclər konfransı, BP şirkətinin birgə təşkilatçılığı ilə "2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı", "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə COVİD19 mövzusunda keçirilən "I Respublika Virtual Debat Çempionatı" baş tutub. Həmçinin, 14 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana hərbi təcavüzü və erməni təxribatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu" mövzusunda onlayn forum baş tutub.

Gənclər Fondu 2020-ci ildə "İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi" keçirmişdir. 10 aprel 2020-ci il Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan Nümayəndəliyi arasındakı əməkdaşlıq çərçivəsində, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilmişdir.

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Fondu Müşahidə Şurası və İcraçı direktor idarə edirlər.

Fondun Müşahidə Şurası Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şura, onun sədri də daxil olmaqla, doqquz üzvdən ibarətdir. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.

Fondun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  2. "Arxivlənmiş surət". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  3. "Arxivlənmiş surət". 2014-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

youthfoundation.az — Azərbaycan Gənclər Fondunun rəsmi saytı