Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Vikipediya

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Əsası qoyulub 1999
Tip Hərbi Akademiya
Şəhər Bakı
Ölkə
Sayt mod.gov.az/index2.php?co…

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi AkademiyasıAzərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır.[1][2]

Hərbi Akademiyanın rektoru general-leytenant Heydər Piriyevdir.

5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi.

Haqqında[redaktə | mənbəni redaktə et]

Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.

Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.

Hazırda akademiyaya general-leytenant Heydər Piriyev başçılıq edir. Heydər Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən general rütbəsi verilmişdir. 2002–2009-cu illərdə AAHM-in rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında ordu korpusunun qərərgah rəisi vəzifələrində xidmət etmişdir. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

2022-ci ilin iyun ayında Piriyev Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir[3].

Fakültələr[redaktə | mənbəni redaktə et]

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

  • General-mayor Nəcəf Qəmbərov (-18 noyabr 2013)[5]
  • General-mayor Altay Mehdiyev (18 noyabr 2013 — iyun 2014)[6]
  • General-leytenant Heydər Piriyev (2014-cü ilin iyun ayından)[7]

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.[8]

3 avqust 2021-ci ildə Hikmət Həsənov Ordu Korpusu komandiri vəzifəsindən azad edilərək Hərbi Akademiyanın rəis müavini təyin olunub.[9][10]

Məzunlar üçün[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasını bitirmiş məzunlar üçün döş nişanında ağ fonda silahlı qüvvələrin emblemi təsvir olunur və qızılı rəngli palıd yarpaqları ilə haşiyəyə alınır.

Məşhur məzunları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "MINISTRY OF DEFENCE OF THE REPUBLIC OF AZERBAIJAN". Mod.gov.az. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  2. "Archived copy". azerbaijan.az. 1 June 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2022.
  3. "В Азербайджане назначен ректор Университета национальной обороны" (rus). vesti.az. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
  4. "A regular students graduation from Intensive English Language Courses was held in the War College". Mod.gov.az. 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  5. APA.az. "One more General sent to reserve from Azerbaijan Armed Forces - EXCLUSIVE". apa.az (az.). 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  6. "Алтай Мехтиев получил новую должность". Oxu.Az (rus). 2013-11-18. 2013-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  7. "General-leytenant Heydər Piriyev (1959)". ZİM.Az | "ZİYA" İnformasiya Mərkəzi (rus). 2017-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  8. General-leytenant Heydər Piriyevin 60 yaşı tamam olur Arxivləşdirilib 2017-03-09 at the Wayback Machine 04.08.2021 tarixində arxivləşdirilib Arxivləşdirilib 2021-08-04 at the Wayback Machine.
  9. Zakir Həsənov general Hikmət Həsənovu işdən çıxartdı04.08.2021 tarixində arxivləşdirilib
  10. General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ04.08.2021 tarixində arxivləşdirilib.
  11. "Ministry of Defense of the Republic of Azerbaijan". 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  12. "The personal belongings of the martyred colonel Ilgar Mirzayev were presented to the History Museum". en:Azerbaijan State News Agency (ingilis). 14 October 2020. 28 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]