Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu — Vikipediya

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat FonduAzərbaycan Respublikasında dövlət büdcəsi gəlirləri əsasında mövcud olan fond.

Maliyyələşməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir[1].

İstiqaməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur[1].

Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir[1]. Məsələn, bu fondun vəsaitləri hesabına "Qızıl kitab"a adları yazılmış gənc istedadların hər biri üçün onlar 25 yaşına çatanadək 300 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilmişdir[2].

Qadağa və məhdudiyyətlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz[1].

Fondun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 "Büdcə sistemi haqqında" Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli, 358-IIQ nömrəli Qanunu. e-qanun.az  (az.)
  2. "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Arxivləşdirilib 2020-07-29 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1997-ci il tarixli, 662 nömrəli Sərəncamı. e-qanun.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]