Azərbaycan Qızıl Aypara Cəmiyyəti — Vikipediya

Azərbaycan Qızıl Aypara Cəmiyyəti
ARCS
ing. Azerbaijan Red Crescent Society
Loqonun şəkli
Növü qeyri-hökumət təşkilatı
Yaranma tarixi 10 mart 1920
Mərkəzi Səməd Vurğun küçəsi 112, Bakı, Azərbaycan
Qurucusu
Sədr Novruzəli Aslanov
redcrescent.az
redcrescent.org.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Qızıl Aypara CəmiyyətiAzərbaycanın humanitar təşkilatlarından biri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il mayın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa ŞıxlinskininFətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təşkil edilmişdir.[2] Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya cəmiyyətin sədri seçilmişdir. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir.[3]

II Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından iki nəfər — Səriyyə Talışzadə və Rəşidə Qasımzadə göstərdikləri xüsusi fədakarlığa görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının "Florens Naytingel" medalı ilə təltif edilmişdir.[3]

1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda nümayəndəliyi açılmışdır. 1993-cü ilin may ayında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda nümayəndəliyi açılmışdır. 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq Azərbaycanda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmişdir. 1995-ci il noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəmiyyət rəsmən tanınmışdır. Həmin il noyabrın 26-da cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabərhüquqlu, hüzünlü üzvü seçilmişdir.

2000-ci il martın 10-da cəmiyyətin 80 illik yubileyi keçirilmişdir. Bir il sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında Fövqəladə Hallara Hazırlıq və Yardım Komissiyasına üzv seçilib. Cəmiyyətin sədri Novruzəli Aslanov həmin komissiyanın eksperti təyin olunub. Həmin ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Kiyev və Berlin konfraslarının işçi qrupu çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti həmsədr kimi çıxış etmişdir.

2003-cü il martın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XX qurultayı keçirilmiş və cəmiyyətin yeni nizamnaməsi qəbul olunmuşdur. Həmin ilin sentyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə dair sərəncam imzalamışdır.

2003-cü ilin dekabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında Fövqəladə Hallara Hazırlıq və Yardım Komissiyasına yenidən üzv seçilib, cəmiyyətin prezidenti Novruzəli Aslanov həmin komissiyaya yenidən 2 il müddətinə ekspert təyin olunub.

2005-ci ildə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının "Florens Naytingel" medalını qazanmışdır.

2005-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti onun icraçı katibi Elxan Rəhimovun timsalında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında İnkişaf Komissiyasına üzv seçilib

Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 regional mərkəzi, Naxçıvan Muxtar Respublikası Rayon Komitəsi və onun rayon və şəhər komitələri, 83 rayon və şəhər komitəsi, "Neft Daşları" və Azərpoçt, BTRİB, Tibb Universiteti, Texniki Universitet, rayon komitəsi vardır.

Missiyası[redaktə | mənbəni redaktə et]

Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü yardım və xidmət göstərən qeyri-kommersiya təşkilatıdır və dövlət qanunlarına əsasən idarə olunur. Onların missiyası "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və insanlığın gücünü bir araya gətirərək həssas insanlara xidmət etməkdir".[4] Qərargahı Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir.[4]

Fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi fəaliyyətlərə daxildir: Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və Qayğı, Qan Donorluğu, HİV-AİDS-ə qarşı maarifləndirmə, İlk Yardım, Humanitar Dəyərlərin Yayımı, Gənclər və Könüllülər, Yerli Komitələrin inkişafı, İcmanın inkişafı, Axtarış Xidməti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Fundamental Prinsiplərinin və Beynəlxalq Humanitar Hüququn Yayımı, Mina fəaliyyətləri (uşaqlar üçün Təhlükəsiz Oyun meydançalarının tikintisi). Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Norveç, İsveç, Hollandiya, Polşa, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri Qızıl Aypara Cəmiyyətləri ilə yaxından əməkdaşlıq edir.

Layihələr[redaktə | mənbəni redaktə et]

"H2P Pandemiyaya Cəmiyyətinin "H2P Pandemiyaya Qarşı Hazırlıq Humanitar Təşəbbüsü" layihəsi çərçivəsində Mingəçevir, Gəncə, Zaqatala, Qax şəhərlərinin müxbirləri ilə birgə fəaliyyət göstərir. Azərbaycanda öz fəallığı ilə fərqlənən 7 regional mərkəzə, 83 rayon və şəhər bölmələrinə malik olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu layihəni həyata keçirməkdə əsas məqsədi Bakıdan kənar fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrinin " H2P Pandemiyaya Qarşı Hazırlıq Humanitar Təşəbbüsü" layihəsində iştirakı və maarifləndirilməsidir. Layihənin həyata keçirilməsində əsas məqsəd ölkənin regionlarında insan pandemiyasına qarşı hazırlıq və cavabvermə səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azerbaijan Red Crescent Society". James Madison University. August 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2016.
  2. "Azerbaijan Red Crescent Society". Global Hand/Crossroads Foundation Ltd. October 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2016.
  3. 3,0 3,1 "About Us". Azerbaijan Red Crescent Society. June 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2016.
  4. 4,0 4,1 "Azerbaijan Red Crescent Society" (PDF). International Federation of Red Cross and Red Crescent Societies (IFRC). September 29, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 12, 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]