Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Vikipediya

Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan
Kitabın üz örtüyü
Kitabın üz örtüyü
Müəllif Kollektiv
Janr Ensiklopediya
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2007
Seriya Azərbaycan Milli Ensiklopediyası
Nəşriyyat Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi
Səhifə 884
Tiraj 50 000
ISBN ISBN 978-9952-441-01-7
Ensiklopediyanın 1-ci səhifəsi

Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Planlanan 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana dair xüsusi cildi.

Bu cild Azərbaycanın təbiətini, əhalisini, iqlisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən nəşrdir. Cildin hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və dövlət xadimləri iştirak etmişlər.

“Azərbaycan” xüsusi cildi 2007-ci ildə xüsusi tərtibatla Almaniyanın "Sigloch" nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilib.

İlk nəşr funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı əks olunmuş, başqa ölkələrlə əlaqələrinə diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında göstərilib. Ensiklopedik əsərdə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Cəmiyyətin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi kimi, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən elmi əsər rus dilinə tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyasının (AME) “Azərbaycan” (Azərbaycan və rus dillərində) xüsusi cildi (tirajı 25 min nüsxə olmaqla) kitabxana variantı nəşr edilmiş və təmənnasız olaraq respublikanın nazirlik, komitələrinin və digər təşkilatların kitabxanalarına, tədris müəssisələrinə paylanmışdır.

AME-nin abunə variantının “Azərbaycan” cildi 2007-ci ildə nəşr edilib.

Nəşrin orijinal maketi “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kompüter mərkəzində hazırlanmışdır. Cilddə 155 məqalə, 591 şəkil, 17 sxem, 69 xəritə-sxem, 89 cədvəl, 55 xəritə verilmişdir. Müəlliflərin sayı 230, məsləhətçilərin sayı isə 68 nəfərdir. Fiziki-coğrafi xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində hazırlanmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, AME Elmi Mərkəzi arxivinin foto, illustrasiya və xəritələrindən istifadə olunmuşdur.

“Azərbaycan” xüsusi cildinin Azərbaycan və rus dillərindəki nüsxələri 2013-cü ildə Moskvada “Bolşaya Rossiyskaya Ensiklopediya” elmi nəşriyyatının keçirdiyi “Müasir ensiklopediyaşünaslıq: təkliflər və perspektivlər” elmi-praktik konfransına təqdim olunub.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xalqın milli sərvəti". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-18.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]