Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi — Vikipediya

AMEA Naxçıvan Bölməsi
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi

Azərbaycan Milli Elmlər Akademiyası

Naxçıvan bölməsi
Yaranma tarixi 2002
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Naxçıvan şəhəri
Sədr İsmayıl Hacıyev[1]
ameanb.az

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan BölməsiAzərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən biri.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır.

Strukturu[redaktə | mənbəni redaktə et]

Bölmə nəzdində üç ixtisas üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından olan 40-a yaxın dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir.

2003–2012-ci illərdə bölmənin 50 nəfər əməkdaşı müvəffəqiyyətlə müdafiə etmiş, 6 nəfəri elmlər doktoru, 44 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Təkcə 2010-cu ildə bölmənin 13 nəfər əməkdaşı müdafiə etmiş, alimlik dərəcəsinə layiq görülmüşdür. Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır.[2].

AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" və "Axtarışlar" elmi jurnalları ildə 4 nömrə olmaqla mütəmadi olaraq işıq üzü görür.[2]

Elmi-tədqiqat institutları və tabe qurumlar[redaktə | mənbəni redaktə et]

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu.[redaktə | mənbəni redaktə et]

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu.[redaktə | mənbəni redaktə et]

Elmi Kitabxana[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində qoyulmuşdur.

2002-ci ildən ümummilli lider Heydər Əliyevin 7 avqust tarixli sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində sərbəst elmi kitabxana kimi fəaliyyətini davam etdirir. 4 sentyabr 2013-cü ildə kitabxana Elektron Kitabxana statusu alaraq fəaliyyətini bu istiqamətdə aparmağa başlamışdır.

Hazırda kitabxana universal xarakterli elmi kitabxana olaraq fondları elmi-texniki, ictimai-siyasi və ədəbi-bədii ədəbiyyatlarla komplektləşdirilmişdir. Kitabxana əsasən müxtəlif elmi müəssisələrdə çalışan alimlərə, elmi işçilərə, universitet müəllim və tələbələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət göstərməktədir.

Əsas fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

Oxuculara xidmət[redaktə | mənbəni redaktə et]

  • Elektron oxu zalında internet vasitəsilə;
  • Müxtəlif çap məhsullarını əhatə edən fondlar vasitəsilə;
  • Elektron və ənənəvi kataloq-kartoteka sistemi vasitəsilə;
  • Müxtəlif mövzuları əhatə edən və yeni kitablardan təşkil olunmuş sərgilərin vasitəsilə.

Kitabxana Fondlarının komplektləşdirilməsi[redaktə | mənbəni redaktə et]

  • Abunə yolu ilə alınmış qəzet və jurnallar;
  • Pul köçürmə yolu ilə alınmış müxtəlif kitablar vasitəsilə;
  • Müəlliflər tərəfindən hədiyyə edilmiş kitablar vasitəsilə;
  • Müxtəlif şəxslərin fərdi kitabxanalarından hədiyyə edilmiş ədəbiyyatlar vasitəsilə;
  • Müxtəlif müəssisə və təşkilatların hədiyyə etdiyi kitablar vasitəsilə.

Məlumat- Biblioqrafiya işləri[redaktə | mənbəni redaktə et]

  • Soraq-biblioqrafiya işlərinin təşkili və aparılması
  • Məlumat-biblioqrafiya işlərinin təşkili və aparılması

Fondlar[redaktə | mənbəni redaktə et]

  • Kitab fondlarının həcmi- 41081;
  • Jurnal fondunun həcmi- 19611;
  • Avtoreferat fondunun həcmi- 8280;
  • Dissertasiya fondunun həcmi-107;
  • Elektron kataloqlaşdırılmış kitablar- 37988;
  • Elektron kartotekaya yazılmış qəzet və jurnal məqalələri-20951;
  • Elektron kataloqlaşdırılmış avtoreferatlar-8280;
  • Elektron kataloqlaşdırılmış dissertasiyalar-107;
  • Skaner olunmuş kitablar-1984.

Bölmənin nəşriyyatı[redaktə | mənbəni redaktə et]

Əlyazmalar Fondu.[3][redaktə | mənbəni redaktə et]

Təşkilatlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Görkəmli tarixçi alim və elm təşkilatçısı
  2. 1 2 "Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi rəsmi səhifəsi". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
  3. "Elmi-tədqiqat institutları və tabe qurumlar". http://www.ameanb.az/?st=2. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-07.
  4. "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin "Tusi" nəşriyyatı". 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  5. "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elmi Kitabxanası". 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.

Xarici keçid[redaktə | mənbəni redaktə et]