Azərbaycan Diasporuna Dəstək Fondu — Vikipediya

Azərbaycan Diasporuna Dəstək Fondu
  • Azərbaycan Diasporuna Dəstək Fondu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 6 iyul 2018
Tabelik Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
Baş qərargah Bakı, Azərbaycan
Ünvan Səməd Vurğun küç. 43, Dünya Biznes Mərkəzi, 5-ci mərtəbə, AZ 1014
Rəhbərlik
Rəhbər Əkrəm Abdullayev

Rəsmi saytı diaspora.foundation

Azərbaycan Diasporuna Dəstək FonduAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu fond.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmışdır.[1][2][3][4]

Məqsədi[redaktə | mənbəni redaktə et]

Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına, onların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərməkdir.[1]

İdarə olunması[redaktə | mənbəni redaktə et]

Fond öz fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edir.[1] Müşahidə Şurası və İcraçı direktor Fondun idarəetmə orqanlarıdır.[1]

Müşahidə Şurası[redaktə | mənbəni redaktə et]

Fonda ümumi rəhbərliyi və nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir.[1] Şura onun sədri də daxil olmaqla üç üzvdən ibarətdir.[1] Şuranın üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir.[1] Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.[1]

İcraçı direktor[redaktə | mənbəni redaktə et]

Fondun cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir.[1] İcraçı direktoru vəzifəyə Müşahidə Şurası təyin və vəzifədən azad edir.[1] O, Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir.[1] İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.[1]

Maliyyələşməsi[redaktə | mənbəni redaktə et]

Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.[1]

Fondun nizamnamə fondu 500.000 manatdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 1,11 1,12 1,13 1,14 "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 06.07.2018. 2022-03-05 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb". Report.az (az.)). 06.07.2018. 2021-05-12 tarixində arxivləşdirilib.
  3. "Azərbaycan Diasporuna Dəstək Fondu - VİDEO". Real TV (az.)). 06.07.2018.[ölü keçid]
  4. "Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb". APA TV (az.)). 06.07.2018. 2021-05-13 tarixində arxivləşdirilib.