Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı — Vikipediya

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
Şəhər Şamaxı
Ölkə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialıAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

AMİ Şamaxı filialı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradılmışdır.[2]

ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunmuşdur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılmışdır.

Filialda təhsil üzrə 3 kabinet – "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Əlavə təhsil xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri fəaliyyət göstərmişdir.

ADPU Şamaxı filialı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı hesab olunmuşdur.[3]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]