Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci — Vikipediya

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci
Əsası qoyulub 30 avqust 1955
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor İsmayılov Vilayət
Şəhər Bakı
Ünvan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 73
Sayt qidakolleci.edu.az

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci (əvvəlki adı: Bakı Qida Sənayesi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Əvvəlki adı Bakı Yeyinti Sənaye Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Qida Sənayesi Kolleci adı ilə adlandırılmışdır[2].

11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi.[3]

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[4]

  • Peşə təlimi;
  • Marketinq;
  • Əmtəəşünaslıq və istehlak mallarının ekspertiziyası;
  • Ət və süd məhsullarının texnologiyası;
  • Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası;
  • Konservləşdirmə və qida konsentratları texnologiyasl;
  • İaşə məhsullarının texnologiyası;
  • Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası;
  • Qida sanayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi;
  • Dizayn.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)
  2. "Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli, 112 nömrəli Qərarı. [ölü keçid]  (az.)
  3. "Arxivlənmiş surət" (PDF). 2021-04-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-11.
  4. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. [ölü keçid]  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]