Azərbaycan–Ermənistan sərhədi — Vikipediya

Azərbaycan–Ermənistan sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 996 km
Tarixi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–Ermənistan sərhədiAzərbaycanErmənistan arasında dövlət sərhədi. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinnin uzunluğu 996[1] ilə 1007.1 km[2] arasında dəyişir. Avropa marşrutları E002 və E117 sərhəddən keçir.

De-Yure Azərbaycan-Ermənistan sərhədi keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlə uyğundur və iki əsas hissədən ibarətdir: qərbdə Ermənistan və Azərbaycanın Naxçıvan eksklavı arasında və şərqdə Ermənistan ilə "materik" Azərbaycan arasında daha uzun bir hissə. Bundan əlavə, de-yure, sərhədin hər iki tərəfində bir sıra anklavlar var, lakin faktiki olaraq indi onlar müfafiq dövlətlərin nəzarətindədir. Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi ilə bağlı vəziyyət daha mürəkkəbdir — sərhədin qərbi Naxçıvan bölməsi mübahisəli deyil (Kərki anklavı istisna olmaqla), ancaq şərq sərhədlərinin bir qisminə Azərbaycan nəzarət etmir. 1990-cı illərdə Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra, sərhədin rəsmi şərq hissəsi faktiki olaraq təxminən yarısına qədəri və sərhədin cənub sektoru Azərbaycan ərazisinin daxilin uzanan, yalnız Dağlıq Qarabağın əksər hissəsini deyil, həm də Azərbaycanın əhəmiyyətli hissəsini əhatə edən "Təmas xətti" ilə formalaşır. Ermənistan faktiki bu ərazini işğal edir. Nəticədə işğal olunan ərazilərdə Qondarma Dağlıq Qarabağ Respublikasını təşkil edilir. Ermənistanla QDQR arasındakı sərhəd de-yure Azərbaycan–Ermənistan sərhədi boyunca davam edir. Bu hal 2020-ci il sentyabr ayının 27-nə qədər davam edir. İkinci Qarabağ müharibəsi bu məsələdə reallığı tamamən dəyişir.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Qərb (Naxçıvan) bölməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan-Ermənistan sərhədinin qərb (Naxçıvan) hissəsi şimaldan Türkiyə ilə Araz çayı üzərindəki sərhəd qovşağından başlayır və Zəngəzur və Dərələyəz silsiləsi kimi müxtəlif dağ silsilələri boyunca cənub-şərqə, Araz çayı üzərindəki İranla qərb sərhəd qovşağına qədər uzanır. Bundan əlavə Azərbaycanın Kərki anklavı sərhədin bu hissəsinin şimalında yerləşir, lakin 1992-ci ilin mayından etibarən Qarabağ müharibəsi zamanı 19 km² ərazi Ermənistan tərəfindən işğal olunur (Ararat mərzi daxilində)[3].

Şərq bölməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsi şimaldan Gürcüstanla sərhəd qovşağından başlayır və cənub-şərq istiqamətində uzanır, Coğazçay ətrafında ziqzaq vurur. Coğazçay ağzında Coğazçay su anbarının bir hissəsini keçib Abbasbəyli su anbarının qərb ucuna toxunur. Sərhəd daha sonra Göyçə gölünün şərq sahilinə Göycə silsiləsi boyunca paralel olaraq uzanır, Şərqi Göycə silsiləsi boyunca cənuba, sonra isə Alağöz silsiləsi ilə qərbə doğru kəskin şəkildə şərqə dönmədən əvvəl Böyük Alagöl gölünü əhatə edən bir Azərbaycana məxsus çıxıntı əmələ gətirir. Sonra sərhəd cənub istiqamətində hərəkət edir, İşıqlı Qaragöl gölü və Qaragöl Dövlət Təbiət Qoruğunu keçərək Araz çayı üzərindəki İranla sərhəd qovşağında sona çatır. Sərhədin bütün hissəsi əsasən dağlıq ərazilərdən, orta hesabla 600 ilə 3400 metr yüksəklikdən keçir.

Bundan əlavə, sərhəd zonasının şimal hissəsində dörd anklav var — biri Ermənistana (Başkənd) və üçü isə Azərbaycana (Sofulu, Yuxarı ƏskiparaBarxudarlı) məxsusudur. Müharibədən sonra dörd anklavın hamısı qarşı tərəflər tərəfindən işğal edildi. Anklavlar Ermənistan və Azərbaycanın rəsmi xəritələrində təsvir olunur.

Tarix[redaktə | mənbəni redaktə et]

Bu sərhəd 1991-ci ildə SSRİ-nin dağılmasından və eyni ildə Ermənistan və Azərbaycanın müstəqilliyini elan etməsindən sonra dövlət sərhədi olur. 1994-cü ildə atəşkəslə sona çatan Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan Qondarma Dağlıq Qarabağ Respublikası kimi təşkil edilmiş Dağlıq Qarabağın böyük bir hissəsinə və onun ətrafında olan 7 rayona nəzarəti itirir. O vaxtdan bəri münaqişə dondurulmuş vəziyyətdə qalır və nəticədə Sovet dövrünün yalnız şimal hissəsindəki rəsmi sərhədlə uyğun olan faktiki müasir Azərbaycan-Ermənistan sərhədi meydana gəlir. Atəşkəsdən sonra iki ölkə arasındakı münasibətlər son dərəcə gərgin olaraq qalır və 2008, 2010, 2012, 2014, 2016, 2018 və 2020-ci illərdə sərhəd boyunca dəfələrlə döyüşlər baş verir[4][5]. İkinci Qarabağ müharibəsi gedişində 30 ilə yaxın işğal atında qalan torpaqlar azad edilir. 9 noyabr 2020-ci ildə Azərbaycan ordusunun Ermənistanla (Zəngilan rayonu istiqamətdə) sərhəddə yerləşən Bartaz (2300 metr), Sığırt (1 370 metr) və digər yüksəklikləri ələ keçirməklə Azərbaycan–Ermənistan dövlət sərhəddinin bərpası istiqamətdə ilk addım atılır.[6].

Toqquşmalar[redaktə | mənbəni redaktə et]

Sərhəd keçidləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan–Ermənistan sərhədi sərhədlərin demarkasiyası prosesindən kənar qalmışdır. Bunun səbəbi Qarabağ müharibəsi və onun nəticələridir. Faktiki olaraq Azərbaycan-Ermənistan sərhədi bağlıdır, ərazisi hərbiləşdirilib[7][8][9]. Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında qaldığı müddət ərzində Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan sərhəddini keçənlər Azərbaycan tərəfindən qanunsuz giriş etmişlər kimi qəbul edilir və onların ölkəyə girişi məhdudlaşdırılır[10][11].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Armenia". CIA World Factbook. 2010-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 октября 2020.
  2. "Country Report: Azerbaijan Borders". Университет Восточной Финляндии. 10 августа 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 октября 2020.
  3. "Arxivlənmiş surət" (PDF). 2008-11-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-09. Arxivləşdirilib 2008-11-19 at the Wayback Machine
  4. "Azerbaijan military threat to Armenia Arxivləşdirilib 2018-06-25 at the Wayback Machine." The Daily Telegraph
  5. "Nagorno-Karabakh says the region has lost some territory to Azerbaijan's army". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-09.
  6. "Prezident: Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib". report.az (az.). 9 noktyabr 2020. 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  7. "Armenia". smartraveller.gov.au. 8 июня 2020 tarixində arxivləşdirilib.
  8. "Foreign travel advice: Armenia". gov.uk. 6 апреля 2020 tarixində arxivləşdirilib.
  9. "Armenia Travel Advisory". travel.state.gov. Bureau of Consular Affairs, Государственный департамент США. 7 августа 2020 tarixində arxivləşdirilib.
  10. "Visa section at the Embassy". Embassy of the Republic of Azerbaijan in Romania. 2013-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 октября 2020.
  11. Персоны нон грата в Азербайджане — СПИСОК Arxivləşdirilib 2020-09-23 at the Wayback Machine. Day.az. 2 августа 2013.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]