Azərbaycan–Ermənistan münaqişəsi (2017) — Vikipediya

2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda AzərbaycanErmənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,[1], 1 hərbçi yaralanmış[2], Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir.[3] Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur.[4]

Fevral[redaktə | mənbəni redaktə et]

Fevral döyüşləri
Qarabağ müharibəsi
Tarix 24 fevral 2017- 25 fevral 2017
Yeri Tərtər rayonu, Xocavənd rayonu, Cəbrayıl rayonu
Səbəbi Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması
Nəticəsi Azərbaycanın Qələbəsi
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Dağlıq Qarabağ separatçıları
Suriya Suriya qaçqınları[5]

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov

Ermənistan Serj Sarkisyan
Ermənistan Viqen Sarkisyan

Tərəflərin qüvvəsi

Azərbaycan 400

Ermənistan 10.000
Qondarma Dağlıq Qarabağ Respublikası 5.000

İtkilər

Azərbaycan mənbələrinə əsasən:

  • 5 hərbçi ölüb[1], 1 hərbçi yaralanıb[6]

Ermənistan mənbələrinə əsasən:

  • 0 hərbçi ölüb (Erməni iddiası)
    7-8 hərbçi ölüb (Azərbaycan iddiası)
  • Pilotsuz uçuş aparatı olan PUA məhv edilib.[7]
  • 1 tank[8]
Ümumi itkilər
təxminən 13+ hərbçi
PUA pilotsuz uçuş aparatı
1 tank (rəsmi məlumatlara görə)

Fevral döyüşləri[9]2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq AzərbaycanErmənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.[10]

Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.[11]

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub[12]. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb[7].

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.

Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Xocavənd-CəbrayılTərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə ermənilərə məxsus 1 pilotsuz uçuş aparatı PUA məhv edilib, o cümlədən 7-8 hərbi qulluqçusu ölüb. Azərbaycan Silahlı Qüvvələrinin isə 5 hərbi qulluqçu şəhid olub.

Atəşkəs[redaktə | mənbəni redaktə et]

Fevralın 27-da saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma ölən hərbçilərin nəşlərinin neytral zonadan təxliyə olunmasıdır.

İtkilər[redaktə | mənbəni redaktə et]

Azərbaycan tərəfi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fevralın 26-na aid olan sözlərinə görə, hərbi əməliyyatlar zamanı Azərbaycanın 5 hərbi qulluqçusu şəhid olub,1 hərbçi isə yaralanıb.

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Mayor Aqşin İsmayıl oğlu Abdullayev 1988 28 fevral 2017 Şəki rayonu, Kiş kəndi
Baş leytenant Şahlar Yaşar oğlu Nəzərov 1990 28 fevral 2017 Yardımlı rayonu, Peştəsər kəndi
Tural Əbdül oğlu Həşimli 1988 28 fevral 2017 Ordubad rayonu, Şəhidlər xiyabanı
Baş Çavuş Zülfü Rəhim oğlu Qədimov 1988 28 fevral 2017 Beyləqan rayonu, Bolsulu kəndi
Sıravi Zakir Nazim oğlu Cəfərov 1996 28 fevral 2017 Bakı, Keşlə qəsəbəsi
Elvin Süleyman oğlu Əhmədov 1997 28 fevral 2017 Tovuz rayonu, Yanıqlı kəndi

Mart[redaktə | mənbəni redaktə et]

Mart döyüşləri
Qarabağ müharibəsi
Tarix 1 mart-3 mart 2017 - 11 mart-12 mart 2017
Yeri Ağdam rayonu, Xocavənd rayonu, Füzuli rayonu, Tərtər rayonu
Səbəbi Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması
Nəticəsi Azərbaycanın qələbəsi
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Dağlıq Qarabağ separatçıları

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov

Ermənistan Serj Sarkisyan
Ermənistan Viqen Sarkisyan

Tərəflərin qüvvəsi

Azərbaycan 800

Ermənistan 3.000
Qondarma Dağlıq Qarabağ Respublikası 1.000
900

İtkilər

Azərbaycan mənbələrinə əsasən:

  • 1 hərbçi ölüb

Ermənistan mənbələrinə əsasən:

  • 5 hərbçi ölüb (Azərbaycan iddiası) 2 hərbçi ölüb (Ermənistan iddiası)
  • PUA pilotsuz uçuş aparatı
Ümumi itkilər
təxminən 8+ hərbçi
PUA pilotsuz uçuş aparatı

Mart döyüşləri2017-cı il martın 1-dən 12-nə qədər olan AzərbaycanErmənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.[13] Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.[14] Martın 2 səhər saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilib.[15] Martın 2-si saat 11:40 radələrində Ağdamın cəbhə xəttinə yaxın yerləşən Təzəkənd kəndinin sakinləri bu gün təmas xəttində yenidən atəşkəsi pozulduğunu müşahidə ediblər. Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf artilleriya silahlarından istifadə edib. İntensiv atışma, təqribən, 20 dəqiqə davam edib. Qarşı tərəfin atdığı mərmilər, əsasən, açıq əraziyə düşdüyündən tələfat olmayıb.[16] Martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi hava qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.[17] Martın 2-dən 3-nə keçən gecə saat 22:00 başlayaraq Ermənistan silahlı qüvvələri Ağdam istiqamətindən ordumuzun mövqeylərinə ağır artilleriya silahlarından istifadə edib.Cəbhənin Çəmənli,Çıraxlı,Ayaq Qərvənd və digər kəndlərdən ordularımız tərəfindən erməniləri ağır artilleriya silahları ilə susdurublar. Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub. Martın 11-dən 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində düşmən 5 nəfərədək itki verib.[18]

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu həlak olub[19]. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 2-5 hərbçisi öldürülüb.

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il martın 1-dən 3-nə qədər və 11-dən 12-nə qədər bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.

Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Füzuli-Xocavənd və Ağdam-Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə ermənilərə məxsus 1 pilotsuz uçuş aparatı PUA məhv edilib, o cümlədən 2-5 hərbi qulluqçusu ölüb. Azərbaycan Silahlı Qüvvələrinin isə 1 hərbi qulluqçusu şəhid olub.

İtkilər[redaktə | mənbəni redaktə et]

Azərbaycan tərəfi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin martın 12-nə aid olan sözlərinə görə, hərbi əməliyyatlar zamanı Azərbaycanın 1 hərbi qulluqçusu şəhid olub.

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Əsgər Abbasov Həsənəli Çingiz oğlu 1998 11 mart 2017 Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi

Ermənistan tərəfi[redaktə | mənbəni redaktə et]

Həlak olanlar

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Mayor Nver Yuriyeviç Babacanyan 1980 1 mart 2017
Əsgər Qurgen Sarkisyan 1997 1 mart 2017

May[redaktə | mənbəni redaktə et]

May döyüşləri
Qarabağ müharibəsi
Tarix 15-17 may 2017- 30-31 may 2017
Yeri Ağdam rayonu, Xocavənd rayonu, Füzuli rayonu, Tərtər rayonu
Səbəbi Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə fəallaşması
Nəticəsi Azərbaycanın Qələbəsi
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Dağlıq Qarabağ separatçıları

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov

Ermənistan Serj Sarkisyan
Ermənistan Viqen Sarkisyan

Tərəflərin qüvvəsi

Azərbaycan 550

Ermənistan 5.000
Qondarma Dağlıq Qarabağ Respublikası 2.000
500

İtkilər

Azərbaycan mənbələrinə əsasən:

  • 0 hərbçi ölüb

Ermənistan mənbələrinə əsasən:

  • 5 hərbçi ölüb (Azərbaycan İddiası)[20] 2 hərbçi ölüb, 1 yaralanıb (Ermənistan İddiası)[21][22]
  • “OSA” zenit-raket kompleksi[23]
  • Video-müşahidə vasitəsi [24]
Ümumi itkilər
təxminən 7+ hərbçi
“OSA” zenit-raket kompleksi

May döyüşləri2017-cı il mayın 15-17-dən başlayaraq AzərbaycanErmənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, mayın 15-də 16:30-da cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.[25]

Mayın 16-da axşam saatlarından 17-də səhər saatlarında başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Atılan mərmilər əsasən boş əkin sahələri və Ayaq Qərvənd, ƏhmədağalıTəzəkənd məntəqələrinə yaxın ərazilərə düşüb. Hadisə nəticəsində Təzəkənd kəndinə gedən 10 min voltluq elektrik xətti qırılmışdı. Gecə saatlarında xətt bərpa edildi və kənd elektrik enerjisilə təmin olundu.[26][27]Azərbaycan silahlı qüvvələri Ağdam rayonunun Mirəşelli kəndi istiqamətindən qarşı tərəfə ağır artilleriya atəşi ilə susdurub. Mayın 16-da axşam saatlarında 22:30 radələrinə qədər Tərtər rayonunun təmas xəttində yerləşən ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən iki istiqamətdən atəşə tutulub.[28]

Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan, artilleriyadan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, AğdamFüzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.[29] Mayın 31-də cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib.Düşmən itkilərə məruz qalıb.[30] Mayın 31-də axşam saatlarında Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.[31]

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 0 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus “OSA” zenit-raket kompleksi və Video-müşahidə vasitəsi məhv edilib, 2-3 hərbçisi öldürülüb, 1 hərbçi yaralanıb.

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il mayın 15,16 və 17-də bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlardan, qumbaraatanlardan, pulemyotlardan və artilleriya atəşinə məruz qaldı.

Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Füzuli-Xocavənd və Ağdam-Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə ermənilərə məxsus “OSA” zenit-raket kompleksi məhv edilib, o cümlədən 1-5 hərbi qulluqçusu ölüb. Azərbaycan Silahlı Qüvvələri isə, itki verməmişdir.

İtkilər[redaktə | mənbəni redaktə et]

Ermənistan tərəfi[redaktə | mənbəni redaktə et]

Həlak olanların siyahısı

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Kiçik çavuş Arşak Vahaqn Arşakyan 1988 15 may 2017
Əsgər Qrişa Karapetyan 1988 17 may 2017

İyun[redaktə | mənbəni redaktə et]

İyun döyüşləri
Qarabağ müharibəsi
Tarix 15 iyun 2017- 17 iyun 2017
Yeri Tərtər rayonu Ağdam rayonu
Səbəbi Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması
Nəticəsi Azərbaycanın qələbəsi
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Dağlıq Qarabağ separatçıları

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov

Ermənistan Serj Sarkisyan
Ermənistan Viqen Sarkisyan

Tərəflərin qüvvəsi

Azərbaycan 3.000

Ermənistan 4.500
Qondarma Dağlıq Qarabağ Respublikası 5.700
7.000
1.900

İtkilər

Azərbaycan mənbələrinə əsasən:

  • 1 hərbçi ölüb [32]

Ermənistan mənbələrinə əsasən:

  • 6 hərbçi ölüb [33]

[34][35]1 yaralanıb

  • "UAZ" sisremi
Ümumi itkilər
təxminən 7+ hərbçi

İyun döyüşləri2017-cı il iyunun 15-dən 17-nə qədər olan AzərbaycanErmənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir. Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.[36] Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.[37]

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il iyunun 15-dən 17-nə qədər bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.

Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə erməni tərəfin 6 hərbi qulluqçusu ölüb. Azərbaycan Silahlı Qüvvələrinin isə 1 hərbi qulluqçusu şəhid olub.

İtkilər[redaktə | mənbəni redaktə et]

Azərbaycan tərəfi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iyunun 16-na aid olan məlumatına görə, hərbi əməliyyatlar zamanı Azərbaycanın 1 hərbi qulluqçusu şəhid olub.

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Əsgər Şahvələdov Sultan Niyaz oğlu 1994 16 iyun 2017 Qusar rayonu, Şəhidlər xiyabanı

Ermənistan tərəfi[redaktə | mənbəni redaktə et]

Həlak olanların siyahısı

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Əsgər Matinyan Araik Rudikoviç 1997 16 iyun 2017
Petrosyan Viqen Jirayroviç 1997 16 iyun 2017
Sarqsyan Vardan Çovakoviç 1997 16 iyun 2017
Myasnik Ovanisyan 1997 16 iyun 2017
Vardan Harutyunyan 1997 16 iyun 2017
Narek Qasparyan 1997 17 iyun 2017

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Son dəqiqə! Müdafiə Nazirliyi təcili məlumat yaydı - "Həlak olan hərbiçilərimizn meyitləri..."" (az.)). 26 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2018.
  2. "Şəhid Elvin Əhmədov dəfn edildi" (az.)). 26 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2018.
  3. "Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab". mod.gov.az. 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2018.
  4. "Erməni tərəfi atəşkəs rejimini 148 dəfə poz". azeuronews.com (az.). 25 sentyabr 2017. 2021-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  5. "Ermənilər Qarabağdan qaçır, Sarkisyan döyüşə Suriya qaçqınlarını göndərir" (az.)). 26 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2018.
  6. "Arxivlənmiş surət". 2018-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  7. 1 2 "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  8. "Arxivlənmiş surət". 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  9. "Arxivlənmiş surət". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  10. "Arxivlənmiş surət". 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  11. "Arxivlənmiş surət". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  12. "Arxivlənmiş surət". 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  13. "Arxivlənmiş surət". 2017-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  14. "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  15. "Arxivlənmiş surət". 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  16. "Arxivlənmiş surət". 2017-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  17. "Arxivlənmiş surət". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  18. "Arxivlənmiş surət". 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  19. "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  20. "Arxivlənmiş surət". 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  21. "Arxivlənmiş surət". 2017-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  22. "Arxivlənmiş surət". 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  23. "Arxivlənmiş surət". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  24. "Arxivlənmiş surət". 2018-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  25. "Arxivlənmiş surət". 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  26. "Arxivlənmiş surət". 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  27. "Arxivlənmiş surət". 2017-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  28. "Arxivlənmiş surət". 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  29. "Arxivlənmiş surət". 2017-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  30. "Arxivlənmiş surət". 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  31. "Arxivlənmiş surət". 2017-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  32. "Arxivlənmiş surət". 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  33. "Arxivlənmiş surət". 2017-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  34. "Arxivlənmiş surət". 2017-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  35. "Arxivlənmiş surət". 2017-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  36. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  37. "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ müharibəsi