Azər Əliyev (futbolçu) — Vikipediya

Azər Əliyev
Алиев Азер Ильгарович
2020-ci ildə "Ufa"nın heyətində olarkən.
2020-ci ildə "Ufa"nın heyətində olarkən.
Ümumi məlumatlar
Tam adı Azər İlqar oğlu Əliyev[1]
Doğum tarixi 12 may 1994(1994-05-12)[2] (29 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1.68
Çəkisi 67 kq
Mövqeyi Yarımmüdafiəçi
Əsas ayağı sol
Klub haqqında məlumat
Klub Azərbaycan Neftçi
Nömrəsi 7
Karyerası
Klub karyerası[* 1]
2012—2017 Rusiya Yenisey 97 (7)
2013  Rusiya Saxalin 9 (5)
2017—2018 Rusiya Krılya Sovetov 41 (5)
2018—2020 Rusiya Ufa 51 (2)
2021 Rusiya Tambov 10 (1)
2021—2022 Rusiya Ufa 13 (0)
2022–h.h Azərbaycan Neftçi 36 (2)
Milli yığma[* 2]
2023—h.h Azərbaycan Azərbaycan 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 29 aprel 2023 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 25. 03. 2023 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azər Əliyev (rus. Азер Алиев; 12 may 1994[2], Bəzəkli, Dmanisi rayonu) — Azərbaycan əsilli rusiyalı futbolçu. Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunun futbolçusudur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Azər Əliyev 12 may 1994-cü ildə Gürcüstanın[3] Bəzəkli kəndində doğulub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Azər Əliyev Krasnoyarsk futbolunun yetirməsidir. 9 yaşında ikən "Smena" UGİM-nə dəvət olunmuş və 16 yaşına qədər burada məşqçi Aleksey Lazarenkonun rəhbərliyi altında çıxış etmişdir. Sonradan "Yenisey"ə keçib.[4]

2013–2014 mövsümündə icarə əsasında Peşəkar futbol liqası birinciliyində mübarizə aparan "Saxalin"də çıxış edib. Burada 10 oyunda 6 qol vuraraq, özünü yaxşı tərəfdən göstərə bilib. İcarə müddəti bitdikdən sonra yenidən "Yenisey"ə qayıdıb.

2017-ci ilin iyununda "Krılya Sovetov"a transfer olunub.[5]

2018-ci ilin avqust ayında "Ufa" futbol klubuna transfer olunub. "Ufa"nın heyətində ilk qolunu 7 dekabr 2019-cu ildə "Axmat" komandasının qapısından keçirib.[6]

2021-ci ilin fevral ayında "Tambov" futbol klubuna keçib. Yeni komandasında ilk rəsmi oyununu 26 fevral 2021-ci ildə "Rotor"a qarşı keçirən Əliyev, bir qol ötürməsi ilə yadda qalıb.[7][8] 24 aprel 2021-ci ildə Moskva "Lokomotiv"inə qarşı keçirilmiş Premyer Liqa matçında "Tambov"un heyətində ilk qolunu vurub.[9]

2021-ci ilin iyul ayında "Tambov" futbol klubunun dağılmasından sonra keçmiş klubu olan "Ufa"ya qayıdıb.

2022-ci ilin yanvarında azad agent kimi Bakının "Neftçi" klubu ilə müqavilə imzalayıb.[10]

Yığma[redaktə | mənbəni redaktə et]

2016-cı ilin avqustunda azerisport.com saytına verdiyi müsahibədə Azərbaycan millisində oynamaq istədiyini bildirib.[11]

2022-ci ilin oktyabr ayında Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib.[12]

2023-cü ilin martında AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveç yığmalarına qarşı matçlar üçün Əliyev Azərbaycan milli komandasının heyətinə cəlb edildi.[13]

2023-cü ilin 24 martında AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya milli komandasına qarşı səfər matçında 45-ci dəqiqədə meydana daxil olan Əliyev həm milli komandada debüt etdi, həm də bir məhsuldar ötürmə ilə yadda qaldı.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Алиев Азер Илгар оглы". Premierliga.ru. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12. (#apostrophe_markup)
  2. 1 2 Azer Aliev // Transfermarkt (çd.). 2000.
  3. "Азер Алиев: "Надеюсь, "Уфа" вернется в борьбу за высокие места"". Realnoevremya.ru (rus). 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
  4. "Азер Алиев: "Хочу вбить свою фамилию в историю родной команды!"". Монависта. İstifadə tarixi: 2017-06-01.[ölü keçid]
  5. "Azər Əliyev "Krılya Sovetov"da". Sportline.az. 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
  6. Soccerway.com. "Akhmat Grozny vs. Ufa 0-1". 2020-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  7. Soccerway.com. "Tambov vs. Rotor Volgograd 1-3". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
  8. Komanda.az. "Azər Əliyev Rusiyada özünə yeni klub tapdı". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  9. Soccerway.com. "Tambov vs. Lokomotiv Moscow 2-5". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  10. ""Neftçi"dən daha bir transfer". neftchi.az. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.
  11. Azerisport.com. "Азер АЛИЕВ: Рассматриваю вариант играть за Азербайджан". 2017-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
  12. "Azər Əliyev Azərbaycan pasportu aldı". sherg.az. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2022.
  13. "Millinin iki oyun üçün heyəti". affa.az. 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2023.
  14. "Azer Aliyev - European Qualifiers - UEFA.com". uefa.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]