Aytac Babayeva cinayəti — Vikipediya

Aytac Babayeva cinayəti
Hücum yeri Bakı, Azərbaycan
Bəhruz Nuriyev küçəsi-81
Vaxt 29 aprel 2015
Silah bıçaq
Qatillər İzzət Hüseynov (şübhəli şəxs)

Aytac Babayeva cinayəti - Bakı şəhəri, Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi. Bu cinayətin yetirməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü İzzət Hüseynov Natiq oğlu bilinir.[1] O, Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü müddətində həbs edilib.[2] Hadisə nəticəsində səkkiz bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçinmişdir.

Arxa plan[redaktə | mənbəni redaktə et]

İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:

" Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim. "

20 yaşlı İzzət Hüseynov 17 yaşlı Aytac Babayevanı bıçaqladıqdan sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb. Hadisə Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib. İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib.[3]

Etirazlar[redaktə | mənbəni redaktə et]

Aytac Babayevin səkkiz bıçaq zərbəsi ilə amansız şəkildə qətlə yetirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur. Sosial şəbəkələr üzərindən aparılan müzakirlər zamanı Azərbaycanda qadınlara qarşı olan hüquqsuzluq və şiddət olayları sərt bir dillə qınanmışdır. Aytac Babayeva - Qadına Şiddətin Ən Məsum Rəmzi. şüarı altında aparılan təbliğat kompaniyaları zamanı Azərbaycanda erkən nikah, qadın şiddəti və qadın hüququsuzluğunun qarşısının alınması üçün hədəf paketinin hazırlanması təklif edilmişdir. 2 may tarixində Nizami Rayon Prokurorluğunun qarşısında Aytac Babayevanın valideynləri, qohumları, sinif yoldaşları və bir qrup fəal tərəfindən aksiya təşkil edilmişdir.[4]

Aytac Babayevanın amansız şəkildə öldürülməsi 2015-ci ilin 11 fevralında Türkiyədə baş vermiş Özgəcan Aslan cinayətini xatırladıb. Hər iki cinayət qadınlara qarşı zorkalığının və şiddəti nümunəsi hesab olunur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Aytac Babayevanın qətli ilə bağlı etiraz yürüşü keçirildi". Meydan TV (az.). İstifadə tarixi: 12 may 2015.[ölü keçid]
  2. "8 bıçaq zərbəsi ilə qətl edilən məktəblinin qohumları etiraza qalxdı - FOTOLAR". mia.az (az.). 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2015.
  3. Məktəbli qızı öldürən gənc: "Özümü də öldürəcəkdim, bıçaq qırıldı..." - APA.tv Arxivləşdirilib 2016-04-27 at the Wayback Machine
  4. “Onun arzuları, onun xoşbəxt olmaq haqqı vardı” - bizimyol.info Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine