Aytəkin Alxaslı — Vikipediya

Aytəkin Alxaslı
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist

Aytəkin Kamil qızı Alxaslı (Kiçik Dəhnə) — Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri

Həyatı[redaktə | mənbəni redaktə et]

Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib[1].

1987-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə — rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS TV-yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib.

Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib.

ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib.

Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı ilə təltif olunub.[2]

2020-ci ildə Tərqqi medalı ilə təltif olunub.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ANS-çi Aytəkin Alxaslı: "Məni o anda Allah saxladı" — Müsahibə". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-05.
  2. "Aytəkin Alxaslı təltif olundu". 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  3. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]