Aysel Teymurzadə — Vikipediya

Aysel Teymurzadə
Ümumi məlumatlar
Ləqəbi AySel
Doğum tarixi 25 aprel 1989(1989-04-25) (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, pianoçu
Fəaliyyət illəri 2005–2012
Janr pop musiqisi
Musiqi alətləri piano
Albom şirkəti Warner Music Group[d]
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aysel Teymurzadə (25 aprel 1989, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aysel Teymurzadə 25 aprel 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 9 yaşında incəsənət məktəbinə daxil olmuş, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olmuşdur. İdmanla ciddi məşğul olan Aysel eyni zamanda xarici dilləri öyrənməyə başlamışdır. Aysel Teymurzadə alman, ingilis, ispan, rustürk dillərində danışa bilir. 14 yaşında xoreoqrafiya ilə məşğul olmağa başlamışdır. 2001–2005-ci illərdə Aysel fortepiano dərsləri almışdır. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olmuşdur. 2004–2005-ci illərdə Aysel burada təhsil almışdır. Bu müddət ərzində Amerika Birləşmiş Ştatlarında gənclərin musiqi müsabiqəsində iştirak etmişdir və qızıl medal qazanmışdır. 2006-cı ildə vətənə qayıtmışdır və Bakıda "İntellekt" Liseyini bitirmişdir.

Aysel Teymurzadə vətənə qayıtdıqdan sonra "Yeni Ulduz 4" layihəsində iştirak etmişdir və geniş tamaşaçı kütləsinə tanınmışdır.

2012-ci ildə ailə həyatı qurduqdan sonra müğənni fəaliyyətini bitirmişdir.

O, 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.[1]

Avroviziya Mahnı Müsabiqəsi[redaktə | mənbəni redaktə et]

Aysel Teymurzadə 2009-cu ildə 54-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. İctimai Televiziyasının daxili seçimlərinin nəticəsində Aysel Teymurzadənin Araş ilə Azərbaycanı Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsi qərara alınmışdır. Aysel və Araş "Always" mahnısı ilə Azərbaycanı təmsil etmişdir.

Aysel Teymurzadə və Araş Rusiyanın paytaxı Moskva şəhərində keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində 2-ci yarım-finalda iştirak etmişdir. Aysel və Araş 180 xalla 19 ölkə arasında 2-ci yeri tutmuşdur və finala adlamışdır. 16 may tarixində isə keçirilən finalda Aysel və Araş 42 ölkədən 207 xal almışdır və 54-cü Avroviziya Mahnı Müsabiqəsində 3-cü yeri tutmuşdur. Müsabiqə zamanı Rusiya Federasiyasının Baş naziri Vladimir Putin Aysel Teymurzadə və Araş ilə görüşmüşdür.

Aysel Teymurzadə 2009 Avroviziya Mahnı Müsabiqəsində məşq zamanı

Ailəsi[redaktə | mənbəni redaktə et]

Aysel Teymurzadənin atası Məhəmməd Teymurzadə ixtisasca jurnalistdir. Atası uzun illər Azərbaycan Dillər Universitetində fəlsəfə kafedrasının müdiri olmuşdur. Anası Svetlana Teymurzadə isə elmlər doktoru və Bakı Slavyan Universitetinin müəlliməsidir.

Aysel Teymurzadə pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurmuşdur. Onun bu evlilikdən 3 övladı var.[2]

Mahnıları[redaktə | mənbəni redaktə et]

İl Mahnı
2009 "Always"
2010 "Fallin"
"Azərbaycan"
"Yanaram"
"Don't Let the Morning Come"
"Sən"
2011 "Tonight"

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Əvvəlki:
Elnur Hüseynov
Samir Cavadzadə
"Day After Day"
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində

2009 Moskva
"Always"
Sonrakı:
Səfurə Əlizadə
"Drip Drop"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  2. "Aysel Teymurzadənin həyat yoldaşı ilə yeni görüntüləri". baku.ws. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2024.