Aydın Abıyev — Vikipediya

Aydın Abiyev
Aydın Müstəcəb oğlu Abıyev
Doğum tarixi 28 aprel 1939(1939-04-28)
Doğum yeri
Vəfat tarixi 16 fevral 2022(2022-02-16) (82 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Müstəcəb Abiyev
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili
Tanınır professor, alim, ədəbiyyatşünas, tənqidçi, lüğətçi
Üzvlüyü
Mükafatları "Tərəqqi" medalı

Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Alim 1992–1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ədəbiyyat və Azərbaycan dili kafedrasının dosenti, sonra professoru olub. Hazırda orada 1998-ci ildən professor kimi fəaliyyət göstərir.

Aydın Abıyev 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin AMEA-nın Şərq xalqları ədəbiyyatı üzrə dissertasiya Müdafiə Şurasının üzvüdür. Alim elmi sessiya, konfrans və simpoziumlarda iştirak edib.

Publisistik fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aydıb Abıyev tələbəlik illərindən dövri mətbuatda məqalə və tərcümələrlə çıxış etmişdir. Azərbaycan Elmlər Akademiyası "Xəbərləri", "Azərbaycan", "Ulduz", "Qobustan", "Mütərcim", "Mədəniyyət və sənət" jurnallarında elmi-kütləvi publisistik yazıları, Türkiyə, Bolqarıstan və Almaniya yazıçılarının əsərlərindən tərcümələrini çap etdirmişdir. Eyni zamanda İzzəddin Həsənoğlunun və M.Ə.Marağalının məlum olmayan yeni şeirlərini aşkara çıxarmışdır. Abıyev Azərbaycanda ilk dəfə "Türkiyə ədəbiyyatı tarixi" dərsliyini və "Türk mənşəli şəxs adları sözlüyü" kitabların nəşr etdirmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Ömər Seyfəddinin həyatı və yaradıcılığı (1978)
  • Türk ədəbiyyatında satira (XIX əsrin axırları, XX əsrin əvvəlləri) (1991)
  • Azərbaycan türk şəxs adlarının izahlı lüğəti (1998)
  • Bəzi satirik nəzirə və təkzillər (Azərbaycan–Türkiyə ədəbi əlaqələri tarixindən) (1999)
  • Qısaltmalar sözlüyü (2000)
  • Tənzimat dövrü Türkiyə ədəbiyyatı (2001)
  • Şəxs adları lüğəti (2002)
  • Füzuli və Türkiyə poeziyası (2002)
  • Türkiyə ədəbiyyatı tarixi (müqayisəli), I cild, I nəşr (2005). II nəşr (2010)
  • Ziya Göyalp (2006)
  • Şəxs adları sözlüyü (II kitab) (2006)
  • Türkiyə ədəbiyyatı tarixi (2007)
  • Türk şəxs adları (III kitab) (2007)
  • Mənşəyinə görə şəxs adları lüğəti (2010)
  • Həsənoğlundan üzübəri (2012)
  • Sərvəti-Fünun ədəbiyyatı (2014)

Tərcümələri[redaktə | mənbəni redaktə et]

  • İki dastan (2002)
  • Oğuz Kağan dastanı (1992)
  • Türkiyə gülməcələri (2004)
  • Bəktaşi lətifə və əhvalatları (1992)

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.