Ayaqqabı əməliyyatı — Vikipediya

Ayaqqabı əməliyyatı
Ayaqqabı əməliyyatı
Fayl:Ayaqqabı əməliyyatı (film, 2016).jpg
Janr qısametrajlı
komediya
Rejissor Pərviz Həsənov
Prodüser Fuad Əzizov
Ssenari müəllifi Əjdər Ol
Baş rollarda Qurban İsmayılov
Rasim Cəfər
Almaz Amanova
Leyla Əbdülsəmədova
Operator Elman Əliyev
Bəstəkar Xəyal Məmmədov
Rəssam Şahin Həsənli
İstehsalçı "Debüt" studiyası
İlk baxış tarixi 2016
Filmin növü qısametrajlı bədii film
Müddət 32 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2016
Rəng rəngli

Ayaqqabı əməliyyatı qısametrajlı bədii filmi rejissor Pərviz Həsənov[1] tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Film çəkməçi Qədirin başına gələn əhvalatdan bəhs edir. Əsas rolları Qurban İsmayılov, Rasim Cəfər, Almaz Amanova və Leyla Əbdülsəmədova ifa edirlər.

Məzmun[redaktə | mənbəni redaktə et]

Çəkməçi Qədir (Qurban İsmayılov) xalq arasında tərsliyi ilə tanınır. Dostunun oğlu biznesmen Əmrulla (Rasim Cəfər) Qədirin ayaqqabı dükanından başqa ətrafdakı bütün dükanları satışa razı salır. Tərs Qədiri isə razı sala bilməyəcəyini anlayaraq ona bir fənd qurur. Günlərin bir günü ona iş təklif edir və avans olaraq da pul verir. Qızını (Leyla Əbdülsəmədova) Bakıya festivala göndərmək istəyən və pula ehtiyacı olan Qədir Əmrullanın təklifini qəbul etməli olur və dükanını girov qoyur. Nəticədə iş alınmır və Qədir dükanını itirir.

Film müsbət sonluqla başa çatır.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Əjdər Ol
Rejissor: Pərviz Həsənov
Operator: Elman Əliyev
Prodüser: Fuad Əzizov
Rəssam: Şahin Həsənli
Bəstəkar: Xəyal Məmmədov

Rollarda[redaktə | mənbəni redaktə et]

Qurban İsmayılov — Qədir
Rasim Cəfər — Əmrulla
Almaz Amanova — Nazı
Leyla Əbdülsəmədova — Qönçə
Rövşən Kərimduxt — Məmməd
Ədalət Əbdülsəmədov
Arif Kərimov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qan Turalı. ""Bəs bu filmləri kimə göstərək?"" (az.). Ədəbiyyat qəzeti. 21 noyabr 2017. 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2016-cı ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı