Axırıncı yol — Vikipediya

Axırıncı yol
Janr Komediya
Macəra
Rejissor Emil Abdullayev
Prodüser İlkin Həsəni
Ssenari müəllifləri Ənvər Abbasov
Samid Ağayev
Elnur Hüseynov
Baş rollarda İlkin Həsəni
Ramil Babayev
Elşən Orucov
Azər Baxşəliyev
Nicat Rəhimov
İlkin Miskərli
Operator Rəşad Qarayev
Rəssam İqbal Əliyev
İstehsalçılar Azad Azərbaycan Televiziyası
İlk media
İlk baxış tarixi 2016
Filmin növü Tammetrajlı bədii film
Müddət 78 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İl 2016
Əvvəlki film Ay brilliant
Sonrakı film Stalinin başı
Rəng Rəngli

Axırıncı yol — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev[1] tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər.

Məzmun[redaktə | mənbəni redaktə et]

Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır...[2][3]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov
Rejissor: Emil Abdullayev
Operator: Rəşad Qarayev
Prodüser: İlkin Həsəni
Rəssam: İqbal Əliyev

Rollarda[redaktə | mənbəni redaktə et]

İlkin Həsəni — Şəmi
Ramil Babayev — Şöşü
Elşən Orucov — Fəlakət
Azər Baxşəliyev — Ağsaqqal
Nicat Rəhimov (aktyor) — Şirin
İlkin Miskərli — Qılman
Cavidan Novruz — İntiqam
Nigar Əliyeva — Mənzurə
Tərlan Nur Yaşar — Misir
Ədalət Əbdülsəmədov
Sonaxanım Əliyeva
Məhərrəm Qurbanov
Cavanşir Hadıyev
Yadigar Muradov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Niyam Şirinov. "Məşhur Rejissor Emil Abdullayev "Hər şeyi bütün çılpaqlığı ilə görürəm"" (az.). Express Xeberler.com. 19 dekabr 2016. 2017-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  2. "Axırıncı yol" (az.). Park Cinema. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  3. Ümidə Qəhrəman. ""Bozbash Pictures"dən yeni film: "Axırıncı yol"" (az.). Lent.az. 23 fevral 2016. İstifadə tarixi: 2017-08-25.[ölü keçid]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2016-cı ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı