Sonuncu şam yeməyi — Vikipediya

Sonuncu şam yeməyiİsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək.[1][2]

Bu yeməkdə İsa Məsih Rəbbin Süfrəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər.

Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır[3]. Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci məktubunda bu yemək haqqında qısaca yazılmışdır[4]. Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır.

Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir. Şam yeməyi, həm də yevxaristiya Tövratın dini simvolikası ilə sıx bağlıdır. İnsanların bir-birləri və Uca Tanrı ilə birliyin rəmzi olaraq müqəddəs süfrədə iştirak etmə adəti qədimdən olmuşdur. Yəhudilərin arasında da belə adət-ənənə var idi. İsa Məsih bu qədim adət-ənənə əsasında müqəddəs "şəriklik süfrəsi", yaxud Rəbbin Süfrəsi və ya sonradan xristian kilsəsində yevxasirtiya kimi qəbul olunan müqəddəs mərasimi təsis etmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Last Supper. The final meal Christ with His Apostles on the night before the Crucifixion.", Cross, F. L., & Livingstone, E. A. (2005). The Oxford Dictionary of the Christian Church (3rd ed. rev.) (958). Oxford; New York: Oxford University Press.
  2. Gwyneth Windsor, John Hughes. Worship and Festivals. Heinemann. 21 November 1990. ISBN 978-0-435-30273-3. 26 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2009. On the Thursday, which is known as Holy Thursday, Christians remember the Last Supper which Jesus had with His disciples. It was the Jewish Feast of the Passover, and the meal which they had together was the traditional Seder feast, eaten that evening by the Jews everywhere.
  3. (Matta 26:17–35; Mark 14:12–26; Luka 22:7–39; Yəhya 13–14)
  4. (1Kor. 11:23–25)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
  • Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Тайная вечеря"