Avtomobildən qorun (film, 1974) — Vikipediya

Avtomobildən qorun
Janr sənədli
qısametrajlı
Rejissor Arif Qazıyev
Operator Vaqif Həsənov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1974
Filmin digər adı Nəqliyyat-piyadalar
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1974
Texniki məlumatlar 1 hissə
275,9 metr
Rəng rəngli

Avtomobildən qorun qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1974-cü ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Oğlanın yol hərəkəti qaydalarını pozmasının bədbəxt hadisə ilə nəticələnməsi filmin əsas süjet xəttini təşkil edir. Burada hər bir piyada tərəfindən küçə hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyi haqqında danışılır. Professor Talışinski ilə müsahibə küçə hərəkəti qaydalarının pozulmasının acı nəticəsini əyani şəkildə nümayiş etdirir. Burada Respublika Dövlət Avtomobil Müfəttişliyinin rəisi Hüseynov qaydanı pozanlarla mübarizə tədbirlərindən və müfəttişliyin işindən söhbət açır.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Arif Qazıyev
Operator: Vaqif Həsənov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 162

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1974-cü ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı