Avstraliya dolları — Vikipediya

Avstraliya dolları
Avstraliya 50 senti, 1966-cı il sikkəsi
Kod və simvol
ISO 4217 kodu AUD (036)
Simvol $
Dövriyyə ərazisi
Emitent ölkə  Avstraliya
Əvəzedici və paralel vahidlər
Kiçik sent (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 5, 10, 20, 50 sent
Əsginas 1, 2, 5, 10, 20, 50, 100 dollar
Tarixi
Dövriyyəyə buraxılma 14.02.1966
Əvvəlki valyuta Avstraliya funtu
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Avstraliya Ehtiyyat Bankı
  rba.gov.au
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avstraliya dolları ($, kod: AUD 036) Avstraliya İttifaqının pul vahididir. Milad adası, Kokos adalarıNorfolk adası, eləcə də müstəqil Sakit okean hövzəsi dövlətləri: Kiribati, NauruTuvalu daxil olmaqla bu ölkələrin milli valyutası. Bir dollar 100 sentə bölünür. Adi halda dollar işarəsi "$" ilə qısaldılır, lakin digər qeyd variantları: A$, $A, AU$ və $AU var.

Avstraliya dolları dünyada ən çox satılan altıncı valyutadır (ABŞ dolları, avro, yen, funt sterlinqİsveçrə frankından sonra)[1] dünya valyuta əməliyyatlarının 5% -ni təşkil edir. Valyuta ticarətçiləri arasında populyarlıq Avstraliyadakı yüksək faiz dərəcəsi, valyuta bazarının hökumətin müdaxiləsindən nisbi azadlığı, Avstraliya iqtisadiyyatı və siyasi sisteminin ümumi sabitliyi ilə əlaqədardır.[2]

1988-ci ildən bəri əskinas hazırlamaq üçün kağızdan yox, xüsusi nazik plastikdən istifadə olunur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Onluq pul vahidi olan Avstraliya dolları 14 fevral 1966-cı il tarixində dövriyyəyə buraxılmış və on iki onluq Avstraliya funtunu əvəz etmişdir.[3] Avstraliya Ehtiyat Bankı yeni milli valyutanın tətbiqinə hazırlaşdığını hələ 1960-cı ildən bildirmişdi. Uzun müddət ərzində ölkədə yeni pul nişanının maketinin hazırlanması üzərində hazırlıq işləri görülmüşdür. Bu müddət ərzində yeni valyutanın adı üçün minlərlə təklif verilmişdir. 1965-ci ildə Avstraliyanın Baş naziri Robert Menzies “the royal” adını təklif etdi. Ancaq təklif əhali arasında dəstək almadığından valyutaya dollar adlandırıldı.[3] Treyderlərin jarqonunda Avstraliya dollarına "ozzi" (aussie) deyilir.[4]. 1988-ci ildə ilk plastik əskinas buraxılmışdı.[5]

Sikkələr[redaktə | mənbəni redaktə et]

1966-cı ildə 1, 2, 5, 10, 20 və 50 sent nominalda sikkələr dövriyyəyə buraxıldı. Bir dollarlıq sikkə 1984-cü ildə, iki dollarlıq sikkə 1988-ci ildə zərb edilmişdi.[6] 1 və 2 sent nominallı sikkələr 1991-ci ildə, 1 dollarlıq əskinaz 1984-cü ildə, 2 dollarlıq 1988-ci ildə dövriyyədən çıxarıldı. Nağd hesablaşmalar, məbləği standart yuvarlaqlaşdırma qaydalarına uyğun olaraq 5 qəpiyə qədər çoxluğa yuvarlaqlaşdırmaqla aparılır. Sikkələr şəklində olan bütün Avstraliya dollarları ön tərəfdə II Elizabetin şəklini daşıyır və Avstraliya kral zərbxanası (ing. Royal Australian Mint) tərəfindən buraxılır.

Avstraliya müntəzəm olaraq 50 sent nominalında xatirə sikkələri buraxır. Bunlardan birincisi, 1970-ci ildə Ceyms Kukun Avstraliya qitəsinin şərq sahillərinin kəşfi və orda apardığı tədqiqatların xatirəsinə həsr edilmiş sikkə idi. Bunun ardınca 1977-ci ildə II Elizabetin Gümüş Yubiley Sikkəsi, 1981-ci ildə Şahzadə ÇarlzDiananın toyunun şərəfinə sikkə, 1982-ci ildə Brisbendə "Birlik Oyunları" şərəfində sikkə və s. zərb edilmişdir. 20 qəpik və 1 dollar nominallı sikkələrin xüsusi buraxılışı da olmuşdur.

Avstraliya sikkələri [1]
Şəkillər Dəyəri Texniki parametrləri Təsviri İlk zərb
edilmə tarixi
Diametri Qalınlığı Çəkisi Tərkibi Kənarı Üz tərəfi Arxa tərəfi

(dövriyyədən çıxarılıb)
17,53 mm >1,4 mm 2,59 q 97 % mis
2,5 % sink
0,5 % qalay
hamar II Elizabet Lələ quyruq tülkü 1966

(dövriyyədən çıxarılıb)
21,59 mm <1,9 mm 5,18 q hamar Lələ quyruq tülkü
19,41 mm <1,3 mm 2,83 q melxior
75 % mis
25 % nikel
qabar II Elizabet Yexidna 1966
10¢ 23,60 mm <2 mm 5,60 q Böyük kələz
20¢ 28,52 mm <2,5 mm 11,30 q Ördəkburun
50¢ İyirmibucaq
ən gödəyi:
31,51 mm
ən uzunu:
32,00 mm
3 mm 15,55 q Düz Avstraliya gerbi 1966
$1 25,00 mm <3 mm 9,00 q 92 % mis
6 % alüminium
2 % nikel
Qabar
hissələrlə
II Elizabet Beş kenquru 1984
$2 20,50 mm <3,2 mm 6,60 q Avstraliya aborigenləri 1988

Əskinaslar[redaktə | mənbəni redaktə et]

İlk kağız Avstraliya dollarları 1966-cı ildə çap olunmuşdur. 1, 2, 10 və 20 dollarlıq əskinaslar keçmiş Avstraliya funtlarının ekvivalenti idi. Beş dollarlıq əskinaz 1967-ci ildə ictimaiyyət onlu pul sistemi ilə tanış olduqdan sonra buraxıldı.

1984-cü ildə 1 dollarlıq əskinas, 1988-ci ildə isə 2 dollarlıq əskinas sikkə ilə əvəz olundu. 50 dollarlıq əskinas 1973-cü ildə, 100 dollarlıq əskinas isə 1984-cü ildə dövriyyəyə buraxıldı. Bütün Avstraliya əskinasları eyni boyda, lakin fərqli uzunluqdadır.

1988-ci ildə ilk plastik əskinas buraxıldı (bu, Avstraliyanın avropalılar tərəfindən məskunlaşmasının 200 illiyinə həsr edilmişdi). Hazırda bütün fakturalar xüsusi plastikdən hazırlanır.

2014-cü ildə Avstraliyanın Ehtiyat Bankı yeni nəsil əskinasların buraxılışını elan etdi.[7]. Yeni nəsil əskinaslarda əlavə təhlükəsizlik xüsusiyyətləri, habelə görmə qüsurlu və görmə qabiliyyəti zəif olanlar üçün relyef modeli olmalı idi. 2020-ci ilin sonundan etibarən bütün yeni əskinaslar dövriyyəyə buraxıldı. Köhnə qəbildən olan əskinaslar sıradan çıxdıqca dövriyyədən çıxarılacaqlar.

Avstraliya əskinasları [2]
Şəkil Nominal Ölçülər
(mm)
Əsas rəngi Təsvir Çap tarixi
Ön tərəf Arxa tərəf Ön tərəf Arxa tərəf Şəffaflıq pəncərəsi Dövriyyəyə buraxılma
Əsli $5 130×65 Solğun çəhrayı[8] II Elizabet Avstraliya Parlamentinin müasir və köhnə binası Evkalipt gülü 7 iyul 1992
$5 dəyişən rəng bənövşəyi/çəhrayı Mərkəzdə - II Elizabetin portreti; solda — evkalipt budağı (lat. Eucalyptus haemastoma növü); sağda — evkalipt gülünün rəsminin əksi. Mərkəzdə — Avstraliya Parlamentinin müasir binası və köhnə binanın görüntüləri; solda - yeni parlament binasının landşaft dizaynı; sağda - yeni parlament binasının memarlıq xüsusiyyətlərini əks etdirən həndəsi formalar. 24 aprel 1995
$5 Mərkəzdə - Ser Henri Parksın portreti; solda - Tenterfild İncəsənət Məktəbinin təsviri, burada Henri Parks milli parlamentə və federal bir Avstraliyaya ehtiyac olduğunu söyləmişdi; solda - bu nitqdən bir çıxarış, imzası, habelə dövlət emblemlərinin təsvirləri; sağda - Avstraliya rəssamı Tom Robertsin "Avstraliya İttifaqının ilk parlamentinin açılışı" tablosundan səhnə, Sidneydəki parkda yer alan Federasiya Pavilyonunun və Melburndakı Kral Sərgi Mərkəzinin təsviri. Mərkəzdə - Avstraliya himninin sözləri əks olunmuş mikromöhür, Spens imzalı Ketrin Helen Spensin portreti; solda - Dövlət Uşaq Departamentinin binası, Cənubi Xaç; sağda - federasiya yaratmaq üçün mübarizə aparan beş tarixi şəxsiyyətin kiçilmiş portretləri, günəş şüalarının təsviri, akasiya budağı. Yarpaq formasında pəncərə 1 yanvar 2001
$10 137×65 Mavi Mərkəzdə - Banjo Patersonun portreti, Patersonun “Qarlı çaydan gələn oğlan” şeirindən bir parça (mikromöhürdə); solda - atda bir atlı (Patersonun "Qarlı Çaydan gələn oğlan" şeiri ilə paralel aparılır), yel dəyirmanı olan gül çələngi; sağda - əhilləşdirilməmiş atlar, "Waltzing Matilda" yazısı ("Avstraliyanın qeyri-rəsmi himni" adlandırılan Avstraliya xalq mahnısı və Paterson tərəfindən yazılmış sözlər). Mərkəzdə - Meri Qilmorun portreti, onun solunda - Villiam Dobell tərəfindən çəkilmiş yaşlı Qilmorun portreti, "Heç vaxt düşmən məhsulumuzu yığa bilməz" şeirindən parçalar (mikromöhürdə); solda - yun daşıyan öküzlərin, eləcə də kəndli qadının və kənd yerlərinin təsviri; sağda - Meri Qilmorun imzası. Yel dəyirmanı 1 noyabr 1993
$20 144×65 Qırmızı Mərkəzdə - Meri Reybinin portreti; solda - Reybiyə məxsus olan "Merkuri" yəlkənli gəmisi, gül çələngi içində kompas; sağda - Reybiyə məxsus Sidneydə Corc -Stritdəki ev, və onun imzası. Mərkəzdə - Con Filinin portreti; solda - Filinin uçduğu "Victoriya" təcili yardım təyyarəsi, pedal generatoru, tibbi xəritədə "Harada ağrıyır?"; sağda - dəvə və sərraf (dəvələr Filin tərəfindən Avstraliyanın mərkəzi hissəsinə səyahəti əsnasında istifadə olunurdu). Kompas və 20 31 oktyabr 1994
$50 151×65 Sarı Mərkəzdə - David Yunayponun portreti, Yunaypon tərəfindən patentləşdirilmiş qoyun qırxma cihazının diaqramı, Junipon tərəfindən yazılmış "Avstraliya Aborigenlərinin Əfsanəvi Hekayələri" hekayəsinə onun əl yazısı ilə yazılan giriş; solda - missioner kilsəsi və yerli Avstraliya Aborigenlərindən olan ailə

cütlüyü; sağda - gül çələngində Cənub Xaçı bürcü.

Mərkəzdə - Edit Koenin portreti, ana və övladlığa götürülmüş uşaqların şəkli; solda - Qərbi Avstraliyanın Parlament binası (Koen bu parlamentin üzvü idi); sağda - Koenin tribunada qadın hüquqları və uşaqların rifahı mövzusunda çıxış etdiyi şəkli var. Cənub Xaçı və 50 4 oktyabr 1995
$100 158×65 Yaşıl Mərkəzdə - Nelli Melbanın portreti; solda - Melbanın 1902-ci ildəki konsert proqramı zamanı oynadığı teatrın dekorasiya obrazı, səhnədəki aktrisa obrazı, Melbanın imzası; sağda - gül çələngində təsvir edilən Lir quyruq sərçə. Mərkəzdə - Con Monaşın portreti və imzası; solda - "Gündoğan" döş nişanın və Con adlı uzunqulağın təsviri (Melburndakı abidəyə əsaslanan şəkil), süvarilər; sağda - əsgərlər və top. Lir quyruq sərçə və 100 15 may 1996

Avstraliya valyutasının toxunma xüsusiyyəti[redaktə | mənbəni redaktə et]

2015-ci ilin əvvəlində Avstraliya Ehtiyat Bankı, milli valyutaya yeni xüsusiyyətlər əlavə ediləcəyini açıqladı.[9] Toxunma xüsusiyyəti, görmə qabiliyyəti zəif olanlara məbləği müəyyənləşdirməyə kömək etmək üçün kabartmalı bir xüsusiyyətdir. Bənzər bir xüsusiyyət Kanada valyutasında istifadə olunur.[10]

Valyuta kursu rejimi[redaktə | mənbəni redaktə et]

Müasir dövrdə Avstraliyada üzən valyuta məzənnəsi rejimindən istifadə edirlər. Valyuta kursunun effektivliyini inflyasiyanın səviyyəsi müəyyən edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Australian Dollar". Forex. 2012-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-19.
  2. "The Australian Dollar". Yahoo! Finance. 2012-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-19.
  3. 3,0 3,1 "Australian dollar". CRN India. 2012-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-19.
  4. Корнелиус Лука, 2005
  5. "Our Currency". Australian Government. Department of Foreign Affairs and Trade. 2012-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-19.
  6. "Circulating Coin Designs". Royal Australian Mint. 2001-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-20.
  7. "The Next Generation Banknote Project". 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  8. Renniks Australian Coin and Banknote Values (19th ed.). Chippendale, New South Wales: Renniks Publications. Ian W. Pitt. 2000. 168.
  9. "Next Generation Banknotes: Additional Feature for the Vision Impaired". www.rba.gov.au (Press release). Media Office-Reserve Bank of Australia. 13 February 2015.
  10. Haxton, Nance. "RBA to introduce tactile banknotes after 13yo blind boy Connor McLeod campaigns for change". ABC. 19 February 2015. 13 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2015.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501.
  • Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
  • Корнелиус Лука. Торговля на мировых валютных рынках. М.: Альпина Паблишер. 2005 [Trading in the Global Currency Markets]. ISBN 5-9614-0206-1.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]