Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı — Vikipediya

Aİ-Türkiyə gömrük birliyi üçün türk xatirə sikkəsi.

Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı — 6 mart 1995-ci il tarixində Ankara müqaviləsi ilə qurulan AT-Türkiyə Əməkdaşlıq Şurasının tətbiq qərarı almasıyla 31 dekabr 1995 tarixindən qüvvədə olan gömrük ittifaqı.[1] Hər iki tərəf arasında ticari məhsullar hər hansı bir gömrük məhdudiyyəti olmadan satıla bilər. Gömrük İttifaqı əsas iqtisadi sahələrdə (kənd təsərrüfatı kimi) ikitərəfli ticarət güzəştlərini, xidmət və ya dövlət satınalmalarını tətbiq etmir. 1996-ci ildə Avropa Kömür və Polad Birliyi üzrə məhsulların satışı üçün Türkiyə və Avropa Birliyi arasında bir sərbəst ticarət bölgəsi qurulmuşdur. Birlik Şurasının 1/98 saylı qərarı kənd təsərrüfatı məhsullarının ticarətini əhatə edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "European Commission : Trade : Turkey : (Bilateral Relations)". 2009-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.