Avianka Hava Yolları reys 203 — Vikipediya

Avianka Hava Yolları reys 203
Avianka Boing 727-100 təyyarəsi. Qəzaya uğramış təyyarənin bənzəri.
Avianka Boing 727-100 təyyarəsi. Qəzaya uğramış təyyarənin bənzəri.
Ümumi məlumatlar
Tarix
Qəza növü Partlayıcı vasitə ilə bombalama.
Qəza səbəbi Bomba
Yer Soaça yaxınlığında, Boqotanın 16km cənub-şərqində, Kolumbiya
Koordinatlar 4°33′30″ şm. e. 74°15′45″ q. u.
Ölkə
Sərnişin sayı 101
Komanda 6
Yaralı sayı
  • 0
Ölü sayı 110 (3 nəfər partlayan təyyarənin altında qalanlar)
Təyyarə
Təyyarə modeli Boeing 727-21
Havayolu şirkəti Avianka Hava Yolları
Qalxma yeri El Dorado Beynəlxalq Havalimanı, Boqota, Kolumbiya
Uçuş nömrəsi 203
Qeydiyyat nömrəsi HK-1803

Avianka Hava Yolları reys 203, Boqotada yerləşən El Dorado Beynəlxalq Havalimanından Kalidəki Alfonso Bonilla Aragon Beynəlxalq Havalimanına daxili reys ilə hərəkət edən uçuş. 27 noyabr 1989-cu ildə Soaça bələdiyyəsi üzərində Partlayıcı vasitə ilə partladılmışdır.[1] Təyyarə Kolumbiyanın paytaxtı Boqotadan havaya qalxdı. Hava qalxdıqdan 5 dəqiqə sonra 794 kilometr (493 mil) sürətlə hərəkət edən təyyarə gözlənilmədən partladı.

Uçuş[redaktə | mənbəni redaktə et]

Təyyarə, Pan American World Hava yollarından alınan, HK-1803 qeydiyyat nömrəli Boeing 727-21 idi. Yerli vaxtla 07:13-də havalandı və havaya qalxdıqdan 5 dəqiqə sonra yanacaq deposunun yanında qoyulan bomba 13000 fit (3960m) hündürlükdə partladı. Partlayış təyyarəni parçaladı: Quyruq hissəsindən ayrılan burun hissəsi alovlu halda aşağı endi. Yerdə olan 3 nəfər və üzərilərinə düşən təyyarədəki 107 nəfərin hamısı həlak oldu.

Qəza sonrası[redaktə | mənbəni redaktə et]

Uçuş 203-ün bombalanması, o zamandan bu yana Kolumbiyada yaşanan ən ölümcül cinayət hücumu olmuşdur. Medellin narkotik kartelinin yaradıcılarından olan Pablo Eskobar, 1990-cı il prezident seçimləri zamanı namizəd olmuş Sezar Qavirianı öldürmək ümidi ilə bu bombalamanı planladı.[2] Lakin Qaviria təyyarədə deyildi və daha sonra Kolumbiyanın prezidenti oldu.[3] Qəza zamanı ölən iki amerikalı, Amerikanın Eskobarı tapmaq üçün fəaliyyətə başlamasına səbəb oldu.[3]

Son hadisələr[redaktə | mənbəni redaktə et]

28 noyabr 2016-cı ildə Kolumbiyanın El Espectador qəzeti, Uçuş 203-ə aid 8 bölümdən ibarət olan istintaq hesabatını dərc etməyə başlamışdır.[4] Partlayışa səbəb kimi yanacaq deposunda olan yanacaq nasosunun nasaz olması iddia edilmişdir.[5] Hesabat Avianka şirkəti və zərər çəkmişlərin ailə üzvləri tərəfindən ağır tənqid edilmişdir.[6]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1.  (isp.)"Vuelo 1803, 20 años después". YouTube. Testigo Directo. 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 İyul 2017.
  2.  (isp.)"OBJETIVO: GAVIRIA". Semana. 8 May 1995. 28 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 İyul 2017.
  3. 1 2 Bowden 2001, səh. 81.
  4. Thomas Hoffman; Pablo Correa; Sergio Silva. "Avianca 203, la historia que nunca nos contaron" (İspan dili). El Espectador. 2016-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 İyul 2017. (#apostrophe_markup)
  5. Thomas Hoffman; Pablo Correa; Sergio Silva. "Avianca 203, la historia que nunca nos contaron. Capitulo 5: El detalle inconveniente" (İspan dili). El Espectador. 2 dekabr, 2016. 2016-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 İyul 2017. (#apostrophe_markup)
  6. "Familiares de fallecidos de avión de Avianca, en 1989, responden a investigación de El Espectador" (İspan dili). El Espectador. 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Mart 2017. (#apostrophe_markup)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]