Atropatena Arşakiləri — Vikipediya

Atropatena Arşakiləri
Banisi Vonon
Sonuncu hökmdar V Vologez
Əsası qoyulub b.e. 6 ili
Milliyyət parfiyalı

Atropatena Arşakiləri – Böyük Arşakilər sülaləsinin Atropatena dövlətində hakimiyyətdə olmuş qolu.

Haqqında[redaktə | mənbəni redaktə et]

Arşaklərin kiçik qolu Atropatenada II Artabanın oğlu Vonondan başlayaraq III Artaban və sonra gələn hökmdarlar Atropatenanın hərbi nöqteyi-nəzərdən gücləndirməyə səy göstərmişlər. Bu hökmdarlar qüvvətli ölkələrlə iqtisadi-ictimai, bəzi hallarda isə diplomatik əlaqələr yaradırdılar. Atropatena hökmdarları e.6-cı ilindən – 224-cü ilə kimi olan Arşakilərin kiçik qolu hakimiyyət başında gələndən öz hakimiyyətlərinin sonuna kimi öz müstəqilliklərini qoruyub saxlaya bilmişlər. Bununla belə Atropatena hökmdarlarının bəzi hallarda az miqdarda olsa belə Parfiyaya xərac verdikləri də məlumdur. Bunun müqabilində isə parflar Atropatenanın daxili işlərinə qarışmır və Atropatenanın daxili qayda-qanununa toxunmurdular. Həmçinin Atropatena şahları öz müstəqilliyini qoruyub saxlamaq məqsədiylə parfiyalılar əleyhinə romalılarla qohumluq əlaqələri yaradıb, diplomatik müqavilələr də bağlayırdılar.

Atropatenada Arşakilərin hakimiyyəti Vanondan başlamışdır. Atropatena hökmdarı III Artabanın (b.e. 10 – 40 – cı illəri) anası IV Fraatın qızı, atası isə Atropatena hökmdarı olmuşdur. Beləliklə Atropatena Arşakiləri III Artabandan başlayaraq Ermənistanda olduğu kimi, bütün İranda parfiyalıların hakimiyyətinin son dövrünə qədər hakimiyyət başında olmuşlar. [1] [2] [3]

Hakimiyyət illəri[redaktə | mənbəni redaktə et]

Atropatenanın Arşakilər sülaləsindən olan hökmdarları aşağıdakılardır:

  1. Vonon
  2. III Artaban
  3. IV Artaban
  4. II Pakor
  5. II Vologez
  6. III Vologez
  7. IV Vologez
  8. V Artaban
  9. V Vologez

Eramızın 224 – cü ilində Artaban V Ərdəşir Sasani tərəfindən məğlub edilməsi ilə Atropatena Arşakilərinin hakimiyyətinə son qoyulmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. H. Pirniya – İrane Bastan, Tehran, 1333,səh.2460
  2. S. Nəfisi – Fəhəngnameyi parsi, Tehran, 1319, səh. 105
  3. A. Fazili – Azərbaycanın qədim və erkən orta əsrlər tarixi İran tarixşünaslığında, Bakı, 1993, səh. 90 – 93