Atatürk Universiteti — Vikipediya

Atatürk Universiteti
Atatürk Üniversitesi[1]
Xəritə
39°54′ şm. e. 41°15′ ş. u.
Əsası qoyulub 1957
Rektor Prof. Dr. Ömer Çomaklı
Tələbə sayı 33 544 (2008-2009)
Şəhər Ərzurum
Ölkə
Sayt atauni.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atatürk Universiteti — 1957-ci ildə yaradılan universitetidir.

Tarix[redaktə | mənbəni redaktə et]

Atatürk Universitetinin tarixi Türkiyə Cümhuriyyətinin önəmli röyalarından birinin gerçəkləşməsidir. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk 1 noyabr 1937-ci ildə Türkiyə Böyük Millət Məclisindəki nitqində Şərqi Anadoluda böyük bir universitetin qurulmasının lazım olduğunu ifadə etmiş, bu yöndə işlərin başlanmasına təlimat vermişdir.

Atatürkün ölümündən sonra bu işlərə 12 il ara verilmiş və 1950-ci ildə yenidən gündəmə gətirilmişdir. 1951-ci ildə yaradılan komissiya Şərq Universitetinin Ərzurumda olmasına qərar verdi. 1954-cü ildə çıxarılan 6373 nömrəli qanunla da universitetin adı "Atatürk" qoyuldu. Həmin il Amerika Birləşmiş Ştatlarının USAİD təşkilatı vasitəsilə Atatürk Universiteti ilə Nebraska Universiteti arasında işbirliyi qurulmuşdur. Beləliklə, Atatürk Universitetinin gənc müəllim heyəti Nebraska Universitetinin texniki və akademik araşdırmaları təcrübəsindən yararlanmışlar.

İlk olaraq universitetdə əkinçilik, dil-ədəbiyyat, mühəndislik və memarlıq fakültələri var idi. Hazırda isə Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi var.

Fakültələri[redaktə | mənbəni redaktə et]

  1. Əkinçilik
  2. Dil-ədəbiyyat
  3. İqtisadiyyat və idarəetmə
  4. Tibb
  5. Kazım Qarabəkir tədris fakültəsi
  6. Mühəndislik
  7. İlahiyyat
  8. Gözəl sənətlər
  9. İlətişim (Əlaqələr)
  10. Əczaçılıq
  11. Baytarlıq

Atatürk Universiteti 2007–2008-ci tədris ilində 41 613 tələbəyə təhsil vermişdir. Universitetdə yeni fakültələrin, yüksək və məslək məktəblərinin açılması ilə tələbələrin sayı getdikcə artmışdır. Bakalavr təhsili alan tələbə sayında olan bu artım, magistratura və daha yüksək dərəcələrin alınmasında da görülməkdədir. Daxilindəki institutlarda isə say artımı daha çox Sosial elmlər institutundadır.

1957-ci ildən etibarən Türkiyənin elm sahəsinə böyük töfhələr vermiş bu önəmli universitetin qurulması kimi şərəfli yola başlayanlar: Türkiyə Cümhuriyyətinin prezidenti Qazi Mustafa Kamal Atatürk, baş nazir Adnan Menderes, Milli Təhsil Nazirləri – Tövhiq İləri, prof. Rıfkı Səlim Burçaq, Cəlal Yardımcı, Nebraka Universitetinin rektoru prof. Cliffor M. Hardi.

Xarici əlaqələri[redaktə | mənbəni redaktə et]

Qafqaz Universitetlər Birliyinin qurucu üzvüdür.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]