Atabala Səfərov — Vikipediya

Atabala Səfərov
Səfərov Atabala Osman oğlu
Doğum tarixi
Doğum yeri Şabran, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2012

Səfərov Atabala Osman oğlu (1 sentyabr 1949, Dəvəçi20 dekabr 2020, Bakı) — aktyor, Azərbaycanın əməkdar artisti (2012)

Həyatı[redaktə | mənbəni redaktə et]

Atabala Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972–1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV)
  2. Metranpaj
  3. Topal Teymur (film, 1983)
  4. Evləri köndələn yar (film, 1982)
  5. Müəmmalı yubiley (film, 2007)
  6. Qovğalı kəndinin gecələri (film, 2008)
  7. Əlavə təsir (film, 2010)

Mənbə[redaktə | mənbəni redaktə et]