Astrometriya — Vikipediya

Astrometriya – "Astron"-göy cismi, ulduz, "metrik"-ölçmə deməkdir. Astrometriya zaman və məkanın ölçülməsi haqqında elmdir.[1]

Astrometriya 3 hissədən ibarətdir:

Sferik astronomiya[redaktə | mənbəni redaktə et]

Sferik astronomiyada müxtəlif astronomik koordinat sistemləri,bu sistemdə göy cisimlərinin və süni peyklərin koordinatlarının təyini və bu koordinatların zamandan asılı olaraq dəyişməsi ilə əlaqədar məsələlərin riyazi həlli üsulları vaxtın hesablanmasının nəzəri əsasları öyrənilir.[1]

Fundamental astrometriya[redaktə | mənbəni redaktə et]

Fundamental astrometriyada seçilmiş (fundamental) parlaq ulduzların ekvatorial koordinatlarını mümkün qədər dəqiq ttəyin etməklə onların kataloqları tərtib edilir, fundamental astronomiya sabitlərin (pressesiya, nutasiya, aberasiya, illik parallaksın) ədədi qiymətlərini nəzərə almaqla bu ulduzların məxsusi hərəkəti öyrənilir.[1]

Praktik astrometriya[redaktə | mənbəni redaktə et]

Praktik astronomiyada astrometriya müşahidə cihazlarının nəzəriyyəsi, müşahidə aparılması və müşahidə nəticələrinin işlənməsi üsulları, vaxt xidməti, coğrafi koordinatların təyini, dənizçilik və təyyarəçilik naviqasiyalarına, kosmik naviqasiyaya və geodeziyaya astronomiyanın tətbiqi ilə əlaqədar məsələlər öyrənilir.

Radioastronomiya[redaktə | mənbəni redaktə et]

Astrometriyada tətbiq edilən çox güclü üsullardan biri də radioastronomiyadır. Bu üsulla Kainat obyektlərinin koordinatları daha dəqiq təyin olunur; radiolokasiyalazerlərin tətbiqi yaxın göy cisimlərinə qədər məsafələri çox böyük dəqiqliklə təyin etmək

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • "Hall of Precision Astrometry". University of Virginia Department of Astronomy. Retrieved 2006–08–10.
  1. 1 2 3 R.Ə.Hüseynov "Astronomiya" "Maarif nəşriyyatı, Bakı-1997