Astek təqvimi — Vikipediya

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

Astek təqvimi - tarixin müəyyən dövrlərində Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsü.

Haqqında[redaktə | mənbəni redaktə et]

Astek təqvimi ilk dəfə 3500 il bundan əvvəl olmeklər tərəfindən istifadə olunmuş və sonralar Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar, o cümlədən mayyalılar, sapoteklər və asteklər tərəfindən qəbul edilmişdir. Onların təsəvvürlərinə görə bu zaman ölçüsü ilahi mənşəyə malikdir və həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir.

Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdilar, lakin buna baxmayaraq onlar bu ədədlərin kombinasiyasından çox böyük rəqəmlər alırdılar.

Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl 20X18+5=365 gün idi. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər siklin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı. Astek təqvimi öz başlanğıcını eramızın 1090-cı ilindən götürmüşdü.[1]

Astek təqvimi iki paralel dövrdən ibarət idi: mülki 365 günlük şiupoualli (astek dilində:xiuhpohualli, mənası "il hesabı", uyğun olaraq mayyalılarda xaabu) və ayinlərdən ibarət 265 günlük tonalpoualli (astek dilində:tonalpohualli, mənası "günlərin hesabı, və ya "talelrin hesabı", mayyalılarda uyğun olaraq tsolkinu).

Şiupoualli və tonalpoualli hər 52 ildən bir üst-üstə düşərək, "Yeni Alov" adlanan "era" yaradırdı. Asteklər inanırdılar ki, hər 52 illik dövri sistemin soonunda dünya məhv olmaq təhlükəsi ilə üzbəüzdür, ona görə də onlar yeni "era"nı xüsusi təntənəli dini mərasim və ayinlərlə qarşılayırdılar.

Asteklərin inamına görə yüz belə "era" öz növbəsində "Günəş" adlanan 5200 illik yeni eranı təşkil edir. Astek təqviminə görə biz hazırda "Dörd zəlzələ" adlanan beşinci erada yaşayırıq. Astek təqviminə görə beşinci Günəş erası asteklərdə səma, günəş və döyüşçülərin tanrısı olan Tonatiu tərəfindən idarə olunur.[2]

Mülki təqvim[redaktə | mənbəni redaktə et]

Asteklərdə mülki və ya kənd təsərrüfatı təqviminin əsasını günəş ili təşkil edir. Bu təqvimə əsasən asteklər dövri kənd təsərrüfatı işləri ilə bağlı ayinlərin və mərasimlərin tarixini və onların davam etmə müddətlərini müəyyən edirlər. Bu təqvimə əsasən il hər biri 20 gün davam edən 18 aydan ibarətdir. Hər həftə 5 gündür.

Müqəddəs təqvim[redaktə | mənbəni redaktə et]

Mülki təqvimlə yanaşı, asteklər tonalpoualli adlandırılan müqəddəs təqvimdən də istifadə edirdilər.[3]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ramiz Əsgər.İqlimdən-iqlimə, təqvimdən təqvimə.Bakı,1987
  • Сказания о Солнцах. Мифы и исторические легенды науа / Ред. и пер. С. А. Куприенко, В. Н. Талах.. — К.: Видавець Купрієнко С.А., 2014.
  • Талах В.Н., Куприенко С.А. Америка первоначальная. Источники по истории майя, науа (астеков) и инков / Ред. В. Н. Талах, С. А. Куприенко. — К.: Видавець Купрієнко С.А., 2013. — 370 с.
  • Мигель Леон-Портилья, «Философия нагуа»
  • Энциклопедия «Исчезнувшие цивилизации», «Ацтеки: империя крови и величия»
  • Piña Garza, Eduardo, Aritmética del tonalpohualli y del xiuhpohualli Arxivləşdirilib 2013-11-06 at the Wayback Machine. Estudios de cultura Náhuatl, ISSN 0071-1675, № 30, 1999 г., с. 257—266.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçid[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Ramiz Əsgər.İqlimdən-iqlimə, təqvimdən təqvimə.Bakı,1987, səh.19-20
  2. Тонатиу // Мифологический словарь/ Гл. ред. Е.М.Мелетинский]]. — М.:Советская энциклопедия, 1990. — 672 с.
  3. * Тоналаматль Arxivləşdirilib 2021-09-15 at the Wayback Machine в кодексе Обен 1576 года