Astana (film, 1986) — Vikipediya

Astana
Janr dram
Rejissor Bünyad Məmmədov
Əsərin müəllifi Aleksey Dudarev
Baş rollarda Yaşar Nuri
Firəngiz Şərifova
Süleyman Ələsgərov
Bəsti Cəfərova
Abbas Qəhrəmanov
Operator Fərman Nəbiyev
Bəstəkar Cavanşir Quliyev
Rəssam Rəfael Əsədov
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 1986
Filmin növü tammetrajlı televiziya tamaşası
Müddət 199 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1986
Rəng rəngli

Astana tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Əsas rolları Yaşar Nuri, Firəngiz Şərifova, Süleyman Ələsgərov, Bəsti CəfərovaAbbas Qəhrəmanov ifa edirlər.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Qarlı günlərin birində yaxşı insanlardan biri onu qar-borandan xilas edib evinə gətirir. Andrey bu evdə toplaşan təmiz qəlbli insanlardan bir növ dərs alır.

Atasına, anasına, keçmiş həyat yoldaşına Andreyin ölümü ilə bağlı xəbər çatdırılır. Beləliklə, Andrey dəhşətli bir sınaqdan keçməli olur. Öz "ölümü"nə kənardan baxaraq ibrət götürən Andrey aqibətinin çox acınacaqlı olacağını anlayır və hər şeyi düzəltmək ümidilə geriyə-kəndinə dönmək qərarına gəlir...

Filmdə alkoqolizm bəlası güclü dramatizmlə tərənnüm edilir.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Əsərin müəllifi: Aleksey Dudarev
Rejissor: Bünyad Məmmədov
Operator: Fərman Nəbiyev
Rəssam: Rəfael Əsədov
Bəstəkar: Cavanşir Quliyev

Rollarda[redaktə | mənbəni redaktə et]

Yaşar Nuri — Andrey Buslay
Firəngiz Şərifova — ana
Süleyman Ələsgərov — ata
Bəsti Cəfərova — Alina
Abbas Qəhrəmanov — Draqun
Elxan Ağahüseynoğlu — Nikolay
Svetlana Vahidova — Nina
Rafiq Əzimov — Şarqayev
Elxan Quliyev — Krasovski
Məcnun Hacıbəyov — milisioner

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1986-cı ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı