Assuriya təqvimi — Vikipediya

Assuriya təqvimi e.ə. 4750-ci ildə başlayan ay əsaslı bir təqvimdir, Assuriyada inşa edilən ilk məbəddən ilham almışdır, xüsusilə Addi Alkhas, Jean Alkhas və Nimrod Simono tərəfindən təşkil edilən Aşşur jurnalı " Gilqameşdə "nəşr olunan bəzi məqalələr əsas alınmışdır. Yeni il yazın ilk günü ilə başlayır. Assuriya yeni ili hələ də hər il toplanaraq festivallarla qeyd olunmağa davam edir. 2017-ci il isə Assuriya təqvimində 6767-ci ilə təsadüf edir.[1][2]

Aylar[redaktə | mənbəni redaktə et]

Assuriya Təqvimi
Fəsil Ay Tərcüməsi Məlumat Tərəfindən müqəddəs hesab edilən Günlərin sayı Qriqori təqvimi
Yaz ܢܝܣܢ Nisan-Nison Xoşbəxtlik Ayı Enlil 31 Mart/Aprel
ܐܝܪ Yaar-Iyar Məhəbbət Ayı Khaya 31 Aprel/May
ܚܙܝܪܢ Ğziran-Hzirin Tikinti Ayı Sin 31 May/İyun
Yay ܬܡܘܙ Tammuz-Tamuz Məhsul Ayı Təmmuz 31 İyun/İyul
ܐܒ/ܛܒܚ Tdabbakh(Ab)-Tibbax(Ob) Meyvənin yetişməsi Ayı Şamaş 31 İyul/Avqust
ܐܝܠܘܠ Elul-Ilul Toxumun sulanması Ayı İştar 30 Avqust/Sentyabr
Payız ܬܫܪܝܢ ܐ Tişrin I Verilmə Ayı Anu 30 Sentyabr/Oktyabr
ܬܫܪܝܢ ܒ Tişrin II Basdırılmış toxumun oyanış Ayı Marduk 30 Oktyabr/Noyabr
ܟܢܘܢ ܐ Kanon I Hazırlıq Ayı Nerqal 30 Noyabr/Dekabr
Qış ܟܢܘܢ ܒ Kanon II İstirahət Ayı Nasho 30 Dekabr/Yanvar
ܫܒܛ Şwat (Sebat)-İşwit Sel Ayı Raman 30 Yanvar/Fevral
ܐܕܪ Adaar — Odar Pis ruhların Ayı Rokhaty 29 Fevral/Mart

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Timeline Of Assyria". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  2. "Assyrian Calendar". 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.