Aslan Hüseynov (müğənni) — Vikipediya

Aslan Hüseynov
Aslan Tofiq oğlu Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Cambul vilayəti, Qazaxıstan SSR, SSRİ
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Avtoqəza
Dəfn yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2000—2021
Janr Estrada

Aslan Hüseynov (17 may 1967, Cambul vilayəti, Qazaxıstan SSR4 may 2021, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aslan Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra Qırğız Dövlət universitetininin hüquq fakültəsinə daxil olub və təhsilini uğurla bitirib. Musiqiyə həvəskar olan Aslan Hüseynov Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb.

Sonralar Azərbaycana köçən Aslan müğənnilik fəliyətini burada davam etdirib. Onun ən məşhur ifaları olan "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of dədə" Azərbaycan tamaşaçıları tərəfindən sevilib. Müğənni zaman-zaman Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan səhnələrində Azərbaycan mədəniyyətini təmsil etmiş, bir çox uğurlu layihələr həyata keçirmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Aslan Hüseynov 2001-ci ildə ailə qurub, iki övladı vardır. Böyük oğlu Polad 2003-cildə, qızı Afərim isə 2006-cı ildə anadan olub.

Ölümü[redaktə | mənbəni redaktə et]

Aslan Hüseynov 4 may 2021-ci ildə yol nəqliyyat qəzasında vəfat etmişdir.[1][2] Bakı-Qazax yolunun 60 kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşmuşdur. 26 apreldə müğənninin anası da dünyasını dəyişmişdir. Aslan Hüseynov Gəncədə anasının məzarının yanında dəfn edilib.[3][4]

Məşhur ifaları[redaktə | mənbəni redaktə et]

  • Bulaq suyu, dağ havası[5]
  • Reyhan[6]
  • İgidlər[7]
  • Of dədə[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Aslan Hüseynovun qəzada vəfat etdi". Qafqazinfo.az. 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  2. "Müğənni Aslan Hüseynov faciəvi şəkildə vəfat etdi". Baku.ws. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  3. "Aslan Hüseynov vəfat edib". www.xezerxeber.az. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  4. "Aslan Hüseynov faciəvi şəkildə dünyasını dəyişib". Oxu.az. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  5. "Aslan Hüseynov - Bulağ Suyu Dağ Havası". www.youtube.com. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  6. "Aslan Hüseynov - Reyhan". www.youtube.com. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  7. "Aslan Hüseynov - İgidlər". www.youtube.com. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  8. "Aslan Hüseynov - Of Dədə". www.youtube.com. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.