Aryen Robben — Vikipediya

Aryen Robben
nid. Arjen Robben
Ümumi məlumatlar
Tam adı Aryen Robben
Doğum tarixi (40 yaş)
Doğum yeri Bedum, Niderland Niderland
Vətəndaşlığı
Boyu 1.80 m
Çəkisi 80 kq
Mövqeyi Hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aryen Robben (23 yanvar 1984[1][2][…]) — hollandiyalı futbolçu. Hücumçu arxası və sağ cinahda oynayır. Hollandiyada iki dəfə ilin futbolçusu seçilmişdir.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Robben, futbol karyerasına anadan olduğu Qroningen şəhərinin Qroningen futbol klubunda başlamışdır. Liqada ilk oyununa Tventeyə qarşı oynamışdır. Robben ilk mövsümündə 18 oyuna 2 qol vurmaqla komandada ilin futbolçusu seçilmişdir. İkinci sezonunu daha yaxşı keçirən Robben 28 oyuna 6 qol vurmuş və il sonunda 3.9 milyon € qarşılığında PSV klubuna transfer olunmuşdur.

Robben, burada da ilk sezonun yaxşı keçirmiş və 33 oyunda 12 qol vurmuşdur. Bu uğurlardan sonra Mançester Yunaytedin baş məşqçisi Aleks Ferqyuson, Robben üçün 8 milyon € təklif etmiş, lakin rəhbərlik qəbul etməmişdir. 2003–04 sezonunu yaxşı keçirməsə də, il sonunda 12 milyon € qarşılığında Çelsiyə transfer olunmuşdur.

22 avqust, 2007-ci ildə İspaniyanın Real Madrid klubu ilə 5 illik müqavilə bağlamışdır. 2009–10 sezonunda Florentino Perezin prezident seçilməsi və Kriştiano RonaldoKakanın transferlərindən sonra komandadan ayrılmağa qərar vermişdir.

28 avqust, 2009-cu ildə təxminən 25 milyon € qarşılığında Almaniyanın Bayern Münhen klubuna transfer olunmuşdur. Robben, yeni klubunda axırıncı dəfə Roy Makaayın geyindiyi '10' nömrəli forma ilə çıxış etmişdir. 2013-cü ildə klubu ilə birlikdə UEFA Çempionlar Liqasını qazanmışdır. 19 mart, 2014-cü ildə Bayern Münhen ilə müqaviləsini 3 il daha uzatmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Arjen Robben // Transfermarkt (çd.). 2000.
  2. ARJEN ROBBEN // Argentine Soccer Database (isp.).