Artezian suyu — Vikipediya

Artezian hövzəsinin geoloji strukturu

Artezian suyu (lat. Artesium Fransada yerləşən Artua əyalətinin adı ilə əlaqəlidir) — təzyiqli yeraltı sular.[1]. XII əsrdə Avropada ilk dəfə olaraq fontan əl quyusu (buruq) burada qazılmış və ona artezian quyusu adı verilmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hələ Qədim Misirdə və Yunanıstanda 4 000 il öncə belə təzyiqli su quyuları mövcud olmuşdur. Çində Han sülaləsi dövründə (E.ə. 206—220)) dərinliyi 130 metri keçən təzyiqli su quyuları var idi. İlk dəfə buruq artezian quyusu Fransada 1126-cı ildə qazılmışdır[2]

Xarakteriskası[redaktə | mənbəni redaktə et]

Suyun fontan vurma mexanizimi
Artezian quyusu.Almaniya. Darmştadt.
Artezian quyusu.Fransa. Dordon.

Artezian suları qrunt sularından və laylararası sulardan çox fərqlənir: a) materiklərin yeraltı sularının əsas kütləsi artezian sularıdır; b) hər bir artezian hövzəsi müəyyən geoloji strukturda olur və yüzlərlə, minlərlə kilometr uzanır; b) qalın sulu qatlar suyadavamlı qatlar arasında yerləşir və basqılıdır — hər tərəfdən hidravilik təziqə məruz qalır; q) onlar nəyinki mövsümün havasından, hətta heç iqlimin çoxillik tərəddüdündən də asılı deyildir; f) dördüncü dövr çöküntülərindən qabaqkı çıküntülərdə, o cümlədən ən qədim çöküntülərdə yerləşir və d) kimyəvi tərkibinə görə müxtəlifdir[3]

Geoloji strukturu[redaktə | mənbəni redaktə et]

Adətən, artezian hövzələri muldayaoxşar strukturlarda( layların nov şəklində çökməsi) formalaşır, lakin layların dissimmetrik monoklinal (bir tərəfə meyilli) yatımında da ola bilər; çox vaxt onlar müərəkkəb sistemli çatlarda və yarıqlarda yerləşir.

Sulu artezian layları üstdən başdan-başa sukeçirməyən təbəqələrlə örtülüdür və yalnız strukturun kənarlarında atmosfer səthi suları ilə əlaqədardır. Hər artezian hövzəsində üç sahə: qidalanma, basqı və boşalma sahələri ayrılır[3].

Qidalanma sahəsi[redaktə | mənbəni redaktə et]

Qidalanma sahələri adətən tektonik qalxmış yerlərdə olur. Burada sulu horizontların qanadları açıqdır, atmosfer yağıntısı qrunt suları ilə onlara dolur.

Basqı sahəsi[redaktə | mənbəni redaktə et]

Basqı sahəsində hidravilik təziq layların meyili sahəsində yaranır. Artezian quyusu qazıldıqda basqılı su sulu horizontun səviyyəsindən yuxarı qalxır və hətta fontan vurur.

Boşalma sahəsi[redaktə | mənbəni redaktə et]

Bu sahələrdə dərin sular tədricən ya qrunt sularına keçir və ya bulaqlar şəklində Yer səthinə çıxır.

Minerallaşması[redaktə | mənbəni redaktə et]

Artezian hövzələrinin bütün dərinliklərində suyun yaşı müxtəlifdir. Minerallaşma dərəcəsi sulu horizontların əmələgəlmə vaxtı və yolu ilə təyin olunur. Minerallaşmış sular arasına balneloji əhəmiyyətli olan mineral sular şöhrət qazanmışdır. Üç zonaya ayrılır: üst, orta və alt.

Üst zona[redaktə | mənbəni redaktə et]

Bu zonanı bəzən "hidrogeoloqlar zonası" adlandırırlar. Təqribən 100–600 m dərinlikdə yerləşir və şirinsuludur. O, səth və qrunt sularının qidalanma sahələrində infiltirasiyası nəticəsində əmələ gəlir.

Orta zona[redaktə | mənbəni redaktə et]

Orta zonanın suyu zəif minerallaşmışdır; onun kimyəvi tərkibi üstdəki şirin və altdakı yüksək dərəcədə minerallaşmış suların qatılması nəticəsində formalaşır.

Alt zona[redaktə | mənbəni redaktə et]

Qədim mənşəli dərin, çox minerallaşmış sular yerləşir. Bu sular müxtəlif geoloji dövrlərin dəniz transqressiyaları zamanı çöküntü əmələgəlmə və ya layların sedimentasiyası prosesində toplanmışdır. Xlorid tipli duzlu su üstündür.

Temperaturu[redaktə | mənbəni redaktə et]

Üst artezian sularının temperaturu olduğu yerin havasının orta illik temperaturuna yaxın və ya ondan 1 °C yüksəkdir.[3]. Belə temperaturlu bulaqlara soyuq bulaqlar eyilir. Bunlar üçün yuxarı istilik həddi 20 °C-dir. Temperaturu 20-dən 37 °C-yə qədər olan bulaqlara isti bulaqlar, temperaturu 37 °C-dən yüksək olan bulaqlara termal bulaqlar(qaynar) deyilir.

Sukeçiricilik və süzülmə əmsalı[redaktə | mənbəni redaktə et]

Doymaş təbəqədə suyun süzülmə adlanan hərəkəti basqının ötürülməsi yolu ilə baş verir. Yeraltı suların süzülmə sürəti və xarakteriskası suxurların məsaməliyindən , yəni onların sukeçiriciliyindən asılıdır. Sukeçicirilik əmsalı (T) sulu horizontun qalınlığı ilə süzülmə əmsalının hasilinə bərabərdir. Vahidi: sm²/san, m²/saat, m²/sutka. Süzülmə əmsalının (k) qiymətisüxuru təşkil edən hissəciklər arasındakı məsamələrin ölçüsündən asılıdır. Vahidi: sm²/san, m²/saat, m²/sutkadır[4].

Süxurlar k, m/sutka[3].
Yaxşı keçiricilər — çaqı daşları, iri qumlar 10
Keçiricilər — qumlar 10 dan 1 dək
Zəif keçiricilər — mergellər, qumdaşları 1-dən 0,01-dək
Çox zəif keçiricilər — qumlucalar, gillicələr 0,01-dən 0,001-dək

Artezian hövzələri[redaktə | mənbəni redaktə et]

Böyük Artezian hövzəsi. Avstraliya.

Düzənliklərin basqılı sulu horizontları olan geoloji strukturları artezian hövzələri adlanır. Hər artezian hövzəsində suyun həcmi min kub kilometrlərlədir. Yer kürəsində ən böyük artezian hövzəsi sahəsi 3 mln.km² olan Qərbi Sibir hövzəsidir[5] O, Qazaxıstan yüksəkliyindən Kara dənizinədək uzanır. Böyüklüyünə görə ikinci hövzə Avstraliyanın Böyük Artezian hövzəsidir; onun sahəsi 1,8 mln. km² və uzunluğu Karpentari körfəzindən Darlinq çayının orta axarınadək 2200 km-dən artıqdır, eni 1800 km-dir.[6]

Böyük Səhrada yeddi yeraltı hövzə müəyyən olunmuşdur. Onlardan Qərb səhrası adlanan ən böyüyünün sahəsi 1,8 mln. km², suyun həcmi 6000 km³-dir. Yaşıları 8–25 min olan bu sular daha rütubətli iqlimdə toplanmışdır. Amerika hövzələrindən ən böyüyü suyu mezozoy çöküntülərindən toplanmış Dakota hövzəsi və suyu paleozoy laylarında olan Böyük göllər rayonundakı Viskonsin hövzəsidir.

Azərbaycanın düzən rayonlarda müxtəlif litoloji tərkibli Mezazoy-Müasir Dövr yaşlı çökmə süxurlar çox böyük artezian suları ehtiyatına malikdir. Qrunt suları demək olar ki, hər yerdə müasir çöküntülərdə rast gəlir. Yüksək təzyiqli artezian hövzələri maili düzən sahələrdə antropogen, AbşeronAğçaqıl yaşlı süxurlarda (Gəncə, Qazax, Quba-Xaçmaz, Qarabağ, Şirvan və s.) samrat çöküntülərində (Naxçıvan MR) aşkar edilmişdir. Qafqazın ən iri artezian hövzəsi Kür-Araz ovalığındadır. Bu suların minerallaşması təqribən1q/l, kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlıolub, şəhər və kəndlərin su təchizatında və sahələrin suvarılmasında istifadə olunur

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Артезианские воды". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
  2. "Бурение скважин". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
  3. 1 2 3 4 Şubayev Leanid Pavloviç. Ümumi yerşünaslıq. Maarif, 1986.s.322
  4. "E. A. Məmmədova.Yeraltı suların dinamikası. Bakı.2012" (PDF). 2021-11-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-01.
  5. "Большая советская энциклопедия". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
  6. "The Great Artesian Basin" (PDF). Facts: Water Series. Queensland Department of Natural Resources and Water. 2012-03-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.