Armando Merodio — Vikipediya

Armando Merodio
isp. Armando Merodio
Ümumi məlumatlar
Doğum tarixi 23 avqust 1935(1935-08-23)[1]
Doğum yeri
Vəfat tarixi 21 iyun 2018(2018-06-21)[2] (82 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
Qallarta
Geço
Amurrio
Klub karyerası[* 1]
1954–1956 Barakaldo 22 (4)
1956–1963 Atletik Bilbao 88 (35)
1963–1965 Mursiya 55 (13)
1965–1966 Rekreativo 9 (2)
1966–1967 İndauçu 15 (3)
Cəmi 189 (57)
Milli yığma[* 2]
1953 İspaniya U18 4 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Armando Merodio Peskuera (isp. Armando Merodio Pesquera; 23 avqust 1935[1], Barselona21 iyun 2018[2], Bilbao, Basklar ölkəsi) ― hücumçu mövqeyində oynamış İspaniya futbolçusu.

Futbolçu karyerası[redaktə | mənbəni redaktə et]

Kataloniyanın Barselona şəhərində anadan olan Merodionun atası pelota oyunçusu idi.[3] O, 3 yaşındaykən ailəsi ilə Basklar ölkəsinə köçdü.[4] Peşəkar karyerasına "Barakaldo" klubunda başlasa da, tezliklə "Atletik Bilbao" ilə müqavilə bağladı.

11 mart 1956-cı ildə Merodio ev meydanında 2–1 qələbə hesabı ilə bitən "Atletiko Madrid" klubuna qarşı oyunda La Liqa debütunu etdi və qol vurdu. Mövsüm ərzində o, daha iki dəfə meydana çıxdı və klubu liqa və ölkə kubokunun çempionu oldu; 16 yanvar 1957-ci ildə Çempionlar Kubokunun 1/4 finalında "Mançester Yunayted"ə qarşı keçirilən və 5–3 məğlubiyyət hesabı ilə bitən oyununda o, fərqlənməyə bacardı, iki oyunun nəticəsində ümumi hesab ingilislərin xeyrinə 5–6 oldu.[5]

İspaniya çempionatının 1958–59 mövsümündə o, ard-arda dörd oyuna 11 qol vurdu ("Atletik" oyunlarda 9–0, 9–0, 8–1 və 7–0 hesabları ilə qalib gəlmişdir).[3] Bilbao klubunda 104 oyuna 39 qol vuran Merodio 1963-cü ildə həmçinin yüksək divizyonda çıxış edən "Real Mursiya"ya transfer olundu və burada iki mövsüm keçirərək sonuncuda aşağı liqaya düşdü.[4]

"Rekreativo" və "İndauçu" klublarında aşağı divizyonda 2 il keçirəndən sonra Merodio karyerasını 1967-ci ildə demək olar ki 32 yaşında bitirdi. 21 iyun 2018-ci ildə 82 yaşında Bilbaoda vəfat etdi.[4][6]

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Atletiko Bilbao

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Armando Merodio // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Óbito: Armando Meodio (isp.).
  3. 1 2 "Nunca nadie marcó tantos goles" [Nobody ever scored so many goals]. El Mundo (ispan). 22 February 2016. 26 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2018.
  4. 1 2 3 "Death: Armando Merodio". Athletic Bilbao. 21 June 2018. 26 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2018.
  5. Prada, Jon. "Athletic de Bilbao – Manchester United 1956–1957. Un duelo épico en la historia de la Copa de Europa" [Athletic Bilbao – Manchester United 1956–1957. An epic duel in the history of the European Cup] (ispan). Vavel. 8 March 2012. 18 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2018.
  6. "Armando Merodio Pesquera". El Correo (ispan). 22 June 2018. İstifadə tarixi: 9 July 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]