Armais Aslanov — Vikipediya

Armais Aslanov
Şəxsi məlumatlar
Doğum tarixi 3 may 1923(1923-05-03)
Doğum yeri
Vəfat tarixi 12 iyul 1992(1992-07-12) (69 yaşında)
Partiya

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "İgidliyə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı

Armais Əmiroviç Aslanov (erm. Արմաիս Ամիրովիչ Ասլանով; 3 may 1923, Bakı12 iyul 1992) — erməni əsilli Azərbaycan-sovet dövlət xadimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

1923-cü ildə fəhlə ailəsində anadan olmuşdur, ermənidir, 1945-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Sov.İKP MK yanında Ali Partiya Məktəbi bitirmişdir.

1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır, 1946-cı ildən rayon komsomol komitəsinin şöbə müdiri, birinci katibi, Azərbaycan KP Orconikidze RK-nın şöbə müdiri, katibi, ikinci katibi olmuşdur. 1959-cu ildən Azərbaycan KP MK partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Bakı Məhəlli Sovxoz İstehsalat İdarəsinin partiya təşkilatçısı, Azərbaycan KP MK-nın ispektoru vəzifələrində işləmiş. 1967-ci ildən Bakı Ali Partiya Məktəbində rəhbər partiya və sovet kadrların hazırlığını artırma kurslarının müdiri olmuşdur. 1974-cü ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədridir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavinidir.

Azərbaycan KP MK üzvüdür.

Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Mardakert seçki dairəsi).

1992-ci ildə vəfat edib.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Армаис Әмирович Асланов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 36.