Arkadi Qukasyan — Vikipediya

Arkadi Qukasyan
erm. Արկադի Ղուկասյան
8 sentyabr 1997 – 7 sentyabr 2007
ƏvvəlkiRobert Köçəryan
SonrakıBako Saakyan
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1957(1957-06-22) (66 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Dini Erməni Həvari kilsəsi
Hərbi xidmət
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası

Təltifləri Böyük Tiqran ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arkadi Qukasyan (erm. Արկադի Ղուկասյան; 22 iyun 1957, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 8 sentyabr 1997-ci ildə prezident seçilib və 2002-ci ildə yenidən seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatdı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb.

1991-ci ildə Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçildi. 1992-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri təyin olundu və ATƏT-in Azərbaycanla görüşləri zamanı Dağlıq Qarabağın nümayəndə heyətlərinə rəhbərlik etdi.

1993-cü ildən Dağlıq Qarabağın Təhlükəsizlik Şurasına üzv olmuşdur. 1993-cü il iyulun 23-də Dağlıq Qarabağ Respublikasının ilk xarici işlər naziri olmuşdur.

2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxdı. Yaxın vaxtlarda müdafiə naziri vəzifəsini yerinə yetirən Samvel Babayana hücum təşkil etməkdə günahlandırıldı və 14 il həbs cəzasına məhkum edildi.[1]

2023-cü il oktyabrın 3-də o, DQR-in digər keçmiş rəhbərləri ilə birlikdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya aparılıb.[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "BBC NEWS | Europe | Country profiles | Regions and territories: Nagorno-Karabakh". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-01.
  2. "Азербайджан задержал спикера парламента и экс-руководителей Нагорного Карабаха". ТАСС (rus). 2023-10-03. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.