Arif Qasımov (deputat) — Vikipediya

Arif Qasımov
Vəzifədədir
2000-ci ildən
Seçki dairəsi2000 — 1 sayılı Sədərək
2005 — 1 sayılı Sədərək
2010 — 1 sayılı Sədərək
2015 — 1 sayılı Sədərək
2020 — 1 sayılı Sədərək
ƏvvəlkiVaqif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 6 sentyabr 1952(1952-09-06) (71 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Arif Mikayıl oğlu Qasımov (6 sentyabr 1952, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, VVI çağırışlarının deputatı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Arif Qasımov 6 sentyabr 1952-ci ildə Şərur rayonunun (indiki Sədərək rayonu) Sədərək kəndində anadan olmuşdur. 1959–1969-cu illərdə Sədərək kənd orta məktəbində təhsil almışdır.1974-cü ildə Bakı şəhər Maliyyə-kredit texnikomuna daxil olmuşdur.

1976-cı ildə mühasibat-uçotu ixtisasını, 2005-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İqtisad-hüquq Fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə bitirmişdir.

1974–1976-cı illərdə Sədərək üzümçülük Sovxozunun şərab zavodunda su nəzarətçisi, 1976–1978-ci illərdə Sədərək kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin baş mühasibi olaraq çalışmışdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 5 övladı var.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1998-ci ildə Sədərək rayon İcra Hakimiyyətinin Sədərək rayonu üzrə icra nümayəndəsi olaraq çalışmışdır.

1999-cu ildən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədridir. Həmçinin YAP Sədərək Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür.

Naxçıvan Ali Məclisinin II, III, IV, VVI çağırışlarının üzvü olmuşdur.

Hal-hazırda Naxçıvan Ali Məclisinin İqtisadi siyasət komitəsinin üzvüdür.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naxçıvan Ali Məclisinin komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı". 24.02.2020. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2020.

Mənbə[redaktə | mənbəni redaktə et]