Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) — Vikipediya

Arif Məlikov. "Məhəbbət əfsanəsi"
Janr sənədli
qısametrajlı
Operator
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1987
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1987
Texniki məlumatlar 5 hissə
1382 metr
Rəng rəngli

Arif Məlikov. "Məhəbbət əfsanəsi" qısametrajlı sənədli televiziya filmi rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir. Bəstəkar baletin yaranma tarixindən, onun nəinki bizim respublikamızda, həm də keçmiş SSRİ-nin ən iri teatrlarında, o cümlədən SSRİ Böyük Teatrında, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında, bir çox xarici ölkə teatrlarında tamaşaya qoyulması barədə danışır. Film bu sözlərlə qurtarır: "Mən "Əfsanə"nin bəstəkarıyam və hər yeni premyera mənə yeni əsərlər yazmağa impuls verir".[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Nadejda İsmayılova
Böyükağa Məmmədov
Adil Abbas

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 255

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1987-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı