Arif Babayev (rejissor) — Vikipediya

Arif Babayev
Arif Hacı oğlu Babayev
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1956–1981
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964 Azərbaycan SSR Dövlət mükafatı — 1986
IMDb ID1298049

Arif Hacı oğlu Babayev (25 sentyabr 1928, Bakı, Azərbaycan SSR26 avqust 1983, Bakı) — Azərbaycan kinorejissoru,[1] televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindəndir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.

1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir.[2]

26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.

Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir.

Rejissor Vasif Babayevin qardaşıdır.

Ad və mükafatlar[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Rejissor kimi

Ssenari müəllifi kimi

Aktyor kimi

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Cəmil Quliyev tərəfindən Kinorejissor Arif Babayev adlı qısametrajlı sənədli film çəkilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kazımzadə, A. Bakının ekran şairi: Ömrünü əbəs yaşamadı: [Rejissor Arif Babayev haqqında] //Kaspi.- 2014.- 11-13 yanvar.- S.22-23.
  2. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.