Ariadna Şengelaya — Vikipediya

Ariadna Şengelaya
rus. Ариадна Всеволодовна Шенгелая
Doğum adı Ариадна Всеволодовна Шпринк
Doğum tarixi 13 yanvar 1937(1937-01-13)[1] (87 yaş)
Doğum yeri Daşkənd, Özbəkistan SSR
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1957-ci ildən
Təhsili
Mükafatları Rusiyanın xalq artisti
IMDb ID0791541

Ariadna Vsevolodovna Şengeleya (13 yanvar 1937[1], Daşkənd) — sovet və rus aktrisası, Gürcüstan SSR və Rusiyanın xalq artisti.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ariadna Şengelaya (Ariadna Şprink) 13 yanvar 1937-ci ildə Daşkənddə anadan olub. ÜDKİ-də təhsil alıb (1960). "Yevgeni Onegin" filmində canlandırdığı Tatyana Larina obrazına görə II Ümumittifaq Kinofestivalının "Aktyorlar üçün mükafat" nominasiyasının laureatı olub. Tbilisidə Rus Dram Teatrında, Gürcüstanfilmdə (1960-1980), M.Qorki adına kinostudiyada (1980) çalışıb. Eləcə də C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir neçə filmdə çəkilmişdir. Gürcüstan SSR-in (1979) və Rusiyanın (2002) xalq artistidir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Yevgeni Onegin (film, 1958)
  2. Romeo mənim qonşumdur (film, 1963)
  3. Qəm yemə! (1969)
  4. Ən vacib müsahibə (film, 1971)
  5. Bizi bağışlayın (film, 1979)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 498.
  1. 1 2 Ariadna Šengelaja // filmportal.de. 2005.