Argentina dəniz donuzu — Vikipediya

Argentina dəniz donuzu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Argentina dəniz donuzu (lat. Phocoena spinipinnis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü.

Yayılması[redaktə | mənbəni redaktə et]

Bu canlılar Peru sahillərindən tutmuş Odlu Torpaq arxipelaqına və oradan isə Braziliyanın cənub hissəsinə qədərki ərazilərə yayılmışlar. Onlar çaylarla sahildən 50 km məsafədə metikin daxilinə irəliləyə bilirlər.

Görünüşü[redaktə | mənbəni redaktə et]

Əsasən tünd-boz rəngdə olurlar. Qarın nahiyəsi parlaq-boz rəngdədir. Yetkin fərdlərin uzunluğu 180 sm, çəkiləri isə 50–75 kq təşkil edir. Bel üzgəci üçgüncdür.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Ya tənha ya da kiçik qruplar halında yaşayırlar. Qayıqlara yaxınlaşmağı xoşlamırlar. Balıq və kalmarlarla qidalanırlar.

Qorunması[redaktə | mənbəni redaktə et]

Digər dəniz donuzları kimi Argentina dəniz donuzları da adətən balıqçı toruna ilişirlər. Bu adətən Uruqvay, Çili və Peru sahillərində müşahidə edilir.

Sayları dəqiq bilinmir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "«Приложение II» Конвенции о сохранении мигрирующих видов диких животных (CMS)" (PDF). 2012-02-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-02-08.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]