Arda Turan — Vikipediya

Arda Turan
türk. Arda Turan
2016-cı ildə Turan Türkiyə Milli forması ilə
2016-cı ildə Turan Türkiyə Milli forması ilə
Ümumi məlumatlar
Doğum tarixi 30 yanvar 1987(1987-01-30)[1][2] (37 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 175 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi, cinah yarımmüdafiəçisi[d]
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1997—2000 Türkiyə Altıntepsi Makelspor
2000—2005 Türkiyə Qalatasaray
Klub karyerası[* 1]
2004—2011 Türkiyə Qalatasaray 127 (28)
2005—2006  Türkiyə Manisaspor 15 (2)
2011—2015 İspaniya Atletiko Madrid 127 (13)
2015—h. h. İspaniya Barselona 35 (5)
2018—2020 Türkiyə İstanbul Bașakșehir 0 (0)
Təltif və medalları
Aralıq dənizi Oyunları
Gümüş İspaniya 2005 komanda
Avropa çempionatı
Bürünc Avstriya-İsveçrə 2008 komanda

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arda Turan (türk. Arda Turan; 30 yanvar 1987[1][2], Fateh) — keçmiş türk futbolçu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Karyerası[redaktə | mənbəni redaktə et]

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Qalatasaray[redaktə | mənbəni redaktə et]

Arda 12 yaşından Qalatasaray futbol məktəbinin üzvüdür. O, Qalatasaray PAF komandandasında dalbadal 4 il forma geyinmiş, 56 oyunda 11 qol vurmuşdur. George Hacinin məşqçiliyi dövründə 2004–2005 mövsümündə Türkiyə milli futbol komandasının heyətinə cəlb olunmuşdur, amma bu dövrdə uğurlu oyun nümayiş etdirə bilməmiş və təcrübə qazanması üçün Manisaspora icarəyə verilmişdir. Manisasporda keçirdiyi yarım mövsümdə əla oyun mümayiş etdirmiş, 2006–2007-ci il futbol mövsümündə yenidən Qalatasarayın heyətində çıxış etmişdir. Erik Geretsin başçılıq etdiyi klubun əsas heyətinə düşərək UEFA Çempionlar Liqasının 3-cü seçmə mərhələsində Mlada Boleslav klubuna qarşı oyunda iştirak etmiş, iki qola imza etmiş və bir məhsuldar ötürmə vermişdir. O dövrdən etibarən Qalatasaray heyətində yerini möhkəmlətmişdir.

2007–2008 futbol mövsümündə Karl-Heinz Feldkampın məşqçisi olduğu klubun əsas heyətində çıxış etmişdir. UEFA Çempionlar Liqasında BordoLiverpul klublarına qarşı keçirilən oyunlarda oynamış və UEFA tərəfindən bu oyunların ən yaxşı oyunçusu kimi dəyərləndirilmişdir.

4 may 2008-ci ildə Sivas 4 Sentyabr Stadionunda Sivasspora qarşı keçirilən oyunda karyerasının ilk het-trikinə imza atmışdır. Bu oyunda Qalatasaray 5–3 hesabı ilə qalib gəlmiş və 1 həftə sonra ölkə çümpionu adına layiq görülmüşdür.

2008–2009 futbol mövsümü UEFA Kubokunun 3-cü seçmə mərhələsinin 2-ci oyununda Bordonun qapısına vurduğu 2 qolla komandasının növbəti mərhələyə keçməsində böyük rol oynamışdır. 10 iyul 2009-cu ildə rəsmi olaraq Qalatasaray klubunun kapitanı təyin edilmişdir və Turgay Şeren, Bülənt KorkmazTuqay Kərimoğludan sonra bu klubun tarixi boyu ən gənc kapitanı sayılmışdır.

Beynəlxalq karyerası[redaktə | mənbəni redaktə et]

İlk dəfə Milli komandada dostluq matçında Lüksemburq qarşısında forma geydi. Türkiyə milli futbol komandası forması ilə ilk qolunu isə 25 may 2008-ci ildə Avropa Çempionatına hazırlıq məqsədilə keçirilən matçda Uruqvay milli futbol komandasına atmış və Türkiyənin 1–0 önə keçməsini təmin etmişdir. 11 iyun 2008 tarixində oynanan İsveçrə – Türkiyə matçında son dəqiqədə qalibiyyət qolunu ataraq, UEFA tərəfindən matçın adamı seçilmişdir. Arda Turan, 15 iyun 2008 tarixində Türkiyə–Çexiya oyununda komandasının ilk qolunu ataraq qalibiyyətdə böyük pay sahibi olmuş və Türkiyə, Avropa Çempionatı 2008-də yarım finala yüksəlmişdir.

Türkiyə milli futbol komandasının ABŞ hazırlıq düşərgəsində təkrar ulduzlaşan oyunçu, Çexiya və ABŞ oyunlarında 2 qol qeyd etdi. Eyni zamanda Çexiyaya qarşı oyunda 1 də asist etdi.

Atletiko Madrid[redaktə | mənbəni redaktə et]

9 avqust 2011-ci ildə Qalatasaray FK-dan 12 milyon euroya Atletiko Madrid FK Arda Turanı öz komandalarına transfer etdi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 TURAN ARDA // Argentine Soccer Database (isp.).
  2. 1 2 Arda Turan // As (isp.). Madrid: Grupo Prisa, 1967. ISSN 1888-6671

Həmçinin bax[redaktə | mənbəni redaktə et]