Ara beyin — Vikipediya
Ara beyin | ||
---|---|---|
Ara beyin (qırmızı) | ||
Latınca | Diencephalon | |
Qrey | subyekt 189 807 | |
NeuroNames | Burada-271 | |
MeSH | Diencephalon | |
NeuroLexID | birnlex_1503 | |
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür:
- Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon;
- Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica).
Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbələr
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982
- Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie[ölü keçid]