Aqos (qəzet) — Vikipediya

Aqos
Format A2
Təsisçi Hrant Dink
Baş redaktor Rober Kopdaş
Yaranma tarixi 1996
Dil türkcəermənicə
Qiymət 40 qəpik
Səhifə 24
Baş ofis
Ölkə
Tiraj 5.000
agos.com.tr

Aqos — Həftəlik nəşr olunan Türkiyə erməniləri üçün nəzərdə tutulmuş qəzet. Qəzet İstanbulda yaşayan erməni yazarlar tərəfindən yaradılmışdır. Hrant Dink, Luiz Bakar, Haratyun Şeşetyan 1996-cı ildə qəzetin ilk sayını çap etdirmişdilər.

Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet binasının qarşısında ödürülməsi, nəticəsində qəzetin şöhrəti artmışdır. Uzun müddət Türkiyə televiziya kanallarında və digər mətbuat orqanlarında Aqos haqqında məqalə və repartajların hazırlanması ilə qəzetin tirajı 5 minə yüksəlmişdir. Hrant Dink ölümündən sonra, baş redaktor vəzifəsini Etyen Mahçupyan tutmuşdur. 2010-cu ildən etibarən isə qəzetin baş redaktoru Rober Kopdaşdır. Qəzet həftədə bir dəfə nəşr edilir. Ümumi səhifə sayı 24-dür. Bu səhifələrdən 4 səhifəsi ermənicə, qalan 20 səhifə isə türkcə nəşr edilir.

Qəzet erməni millətçiliyini təbliğ edir. Hər sayında qondarma erməni soyqırımına ve Türkiyə ermənilərinin gündəlik yaşamı və sosial problemlərine geniş yer ayıran qəzetin missiyası, qondarma erməni soyqırımının Türkiyə tərəfindən tanınması, Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması və Türkiyə ermənilərinə daha çox imtiyazlar verilməsidir. Ayrıca "Qondarma Dağlıq Qarabağ Respublikası"nın tanınmasını da müdafiə edir.