Aqil M. Quliyev — Vikipediya

Aqil M. Quliyev
Doğum tarixi (51 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
rejissor
Fəaliyyət illəri 1992-indiyədək
Təhsili
IMDb ID2929936

Aqil M. Quliyev (d. 5 avqust 1972) — azərbaycanlı aktyor, rejissor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqil M. Quliyev 5 avqust 1972-ci ildə Bakıda anadan olmuşdur. 1989-cu ildə 153 №-li orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsini bitirib (1990–1996). Kino işçisi Eldəniz Quliyevin qardaşı oğludur.[1]

Ailəli olub. Bir qız övladı var.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsindən karyerasını başlayıb.[1] 1992-ci ildən aktyor kimi müxtəlif filmlərdə çəkilib. Bu illərdə Beynəlxalq "MİR" Teleradio və "Aztv" Dövlət Teleradio Şirkətlərində müxtəlif televerilişlərin rejissoru olub. 1997–1999-cu illərdə "ABA" Teleşirkətində reklam rejissoru kimi çalışıb. 2000–2006-cı illərdə müstəqil prodüser və rejissor kimi reklam və musiqili video işləri ilə Azərbaycanda məşhurlaşıb. 2006–2007-ci illərdə "Academy Production" şirkətinin içraçı direktoru vəzifəsində çalışıb. 2007-ci ildən "Aqil M. Film" şirkətinin təsisçisi və bədii rəhbəridir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) (rol :Qalib)
  2. Kök (film, 1992)
  3. Ümid (film, 1995) (tammetrajlı bədii film) (rol: kor əsgər)
  4. Leyli və Məcnun (film, 1996) (tammetrajlı bədii televiziya filmi) (rol: Məcnun)
  5. Ailə (film) (tammetrajlı bədii film) (rol: İqor)
  6. Hot Dog (film, 1998) (qısametrajlı bədii film)
  7. Bəyaz həyat (film, 2003) (bədii serial) (rol: Zaur)
  8. Biz sizə müharibə elan edirik (film, 2011)
  9. Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) (rol: Qara)
  10. Köhnə çamadanlar (film, 2022)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Aqil M.Quliyevlə müsahibə" (az.). Oxu.az. 25 sentyabr 2013. 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]