Apple Lisa — Vikipediya

Apple Lisa
İstehsalçı Apple
Növü Fərdi kompüter
Buraxılış tarixi 19 yanvar 1983
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apple Lisa Apple Computer (hazırkı Apple) şirkəti tərəfindən istehsal edilən stolüstü kompüterdir. Bu kompüterin dizaynına 1978-ci ildən başlanılmasına baxmayaraq satışa 1980-ci ildə çıxarılmış. Kompüter tarixində Lisa ilk grafik istifadəçi araüzünə (GUİ) sahib olan əməliyyat sistemi kimi tanınır. Bu kompüterin istehsalında Apple Competers-in məqsədi individual istifadə üçün ucuz həllin hazırlanması idi.

1982-ci ilə qədər layihəyə Stiv Cobs rəhbərlik etmişdir. Daha sonra o bu layihədən uzaqlaşdırıldı və Macintosh layihəsinin rəhbərliyi ona tapşırıldı. Lisa-ların son versiyası üzərində bəzi dəyişikliklər aparılaraq Macintosh XL adı ilə satışa çıxarılmışdır. Macintosh bəzi göstəricilərinə görə Lisa-ya bənzəsə də onun davamçısı deyil.

Lisa bir çox göstəricilərinə görə Macintoshdan üstündür. Bunlara əməli yaddaş, paralel prosesləmə, ekran qoruyucusu, kalkulyator, 2MB RAMın istifadəsi və s. aid etmək olar. Bu göstəricilərin çoxu zamanı qabaqlamışdı. Onların tam istifadəsinə bəzilərinə 2, bəzilərinə 5, hətta 10 il sonra tam müştəri ehtiyacı yarandı. Amma Lisanın ən pis cəhəti əməliyyat sisteminin çox kompleks yazılması idi. Bu da prosessorun dəfərlərlə artıq yüklənməsinə və performansın qat-qat aşağı düşməsinə səbəb olmuşdu.

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Lisanın istifadə kitabçasında "Lisa" istifadə edilsə də, şirkət rəsmi açıqlamasında bunun abreviatur olduğunu bildirdi - Lokal İnteqrə edilmiş Sistem Arxitekturası (Lisa - Local İntegrated System Architechture). Amma bir çoxları bunun Stiv Cobsun 1978-ci ildə doğulan qızının adı ilə bağlı olduğunu düşünür. Andy Hertzfeldin sözlərinə görə də Lisa Cobsun qızının adı ilə bağlıdır, 1982-ci ildə şirkətin marketinq şöbəsi addan bu akronimi yaradıblar. Bu mübahisənin sonunu Stiv Cobs onun həyatı haqqında kitab yazan Walter Isaacsona belə ifadə etmişdir: "Bu açıq aşkar mənim qızımın şərəfinə adlandırılmışdı".

Hazırlanması[redaktə | mənbəni redaktə et]

1978-ci ildə layihəyə başlayanda məqsəd o dövrdə ən çox tanınan və satılan Apple II kompüterləri kimi müştəri etibarı qazanacaq və istifadəsi sadə olacaq yeni nəsil kompüterlərin hazırlanması idi. Layihənin ilkin rəhbərləri ayrı-ayrı vaxtlarda Stiv Cobs, SKen Rothmuller və John Couch olmuşdur. Bu kompüterdə ilk dəfə olaraq qrafik istifadəçi araüzü, pəncərə məntiqi, siçandan istifadə edilməyə başladı. Bundan bir neçə il öncə Xerox Tədqiqat Mərkəzində (Xerox's Palo Alto Research Center) kompüter ekranından istifadə üçün yeni konsepsiyanın üzərində işləməyə başlanmışdı. Bu konsepsiya günümüzdə iş masası adlanır. Stiv Cobs 1979-cu ildə buranı ziyarət edərkən bu layihə ilə qarşılaşdı və bunu Lisada da istifadə etmək qərarına gəldi. Elə həmin ildə əldə edilən razılaşmaya görə Xerox bir neçə dəfə bu konsepsiyasını Apple mühəndislərinə təqdim etdilər. Lisa tarixə Apple şirkətinin ən bahalı layihəsi kimi də düşdü. Bu layihənin ərsəyə gəlməsi üçün $50.000.000 vəsait sərf edilmişdir. Layihənin hazırlanması, satış və marketinqi ilə 90 nəfərdən artıq komanda məşğul olmuşdur.

Tarixi əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Lisa da digər Apple məhsulları kimi zamanlamasını düzgün seçmişdi. Lakin ilkin satış qiyməti çox da uyğun deyildi. Apple Computers şirkətinin Lisa layihəsi ümumiyyətlə masaüstü kompüterlərin istehsalı sənayesinə çox güclü təsir göstərmişdir. Bu layihədən sonra bir çox kompüter sənayesi nəhəngləri bu sahəyə keçmiş və bu sahəni sürətli inkişafına səbəb olmuşlar. Həmçinin Lisada təqdim edilən iş masası kompüter proqram təminatlarının hazırlanması istiqamətini kökündən dəyişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]