Antarktida əhalisi — Vikipediya

Qryotviken

Antarktida əhalisi - Antarktidanın yerli əhalisi yoxdur. Qitədə yalnız il boyu işləyən qütb stansiyaları və köhnə balina ovlama ilə əlaqədar salınmış məskunlaşmalar vardır. Qitədəki ən böyük stansiya Mak-Merdodur. Burada bəzən işləyənlərin say 1200 nəfəri keçir. Qitə ərazisində yeganə daimi yaşayış məntəqəsi Cənubi Georgiya adasında yerləşən Qryotviken qəsəbəsidir. Burada 2008-ci ilə olan məlumata görə cəmi 20 nəfər yaşayır. Antarktida haqqında konvensiyaya görə burada fəaliyyət göstərən 29 ölkəyə məxsus stansiyalarda yay ayları 4.000, qış ayları isə 1.000 nəfər işçi fəaliyyət göstərir. Günümüzə qədər antarktidada ən azı 10-dan çox uşaq doğulmuşdur. 2001-ci ildə National Geographic jurnalının bir yazısında yalnız Esperanza Stansiyasında 8 uşaq dünyaya gəlməsi bildirilir. Antarktika ərazisində ilk doğulan insan Solveyk Qunberq Yakobsen (norv. Solveig Gunbjørg Jacobsen) olmuşdur. Milliyyətçə norveçlı olan Yakobsen 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi Georgiya adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur.

Solveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur. Kornuells adasında Valter Turqal (Walter Turgel) adlı birisi 1996-cı ildən yaşayır. Ömrünün sonuna qədər adada yaşamağı düşünən bu insan, özünü «dünyada cənubun daimi sakini» adlandırır.

Ölkələr Yay
(Yanvar)
əhali
3,687 ümumi
(1998-9))
Qış
(İyun)
əhali
964 ümumi
(1998-9)
İl boyu
Stansiyalarda
42
(1998-9)
Ancaq yay ayları
Stansiyalarda
32
(1998-9)
Argentina 302 165 6 7
Avstraliya 201 75 4 4
Belçika 13 - - -
Braziliya 80 12 1 -
Bolqarıstan 16 - - 1
Çili 352 129 4 7
Çin 70 33 2 -
Finlandiya 11 - 1 -
Fransa 100 33 1 -
Almaniya 51 9 1 1
Hindistan 60 25 1 1
İtaliya 106 - 1 -
Yaponiya 136 40 1 3
Cənubi Koreya 14 14 1 -
Hollandiya 10 - - -
Yeni Zelandiya 60 10 1 1
Norveç 40 - 1 -
Peru 28 - - 1
Polşa 70 20 1 -
Rumıniya 20 11 - -
Rusiya 254 102 6 3
Cənubi Afrika 80 10 1 -
İspaniya 43 - 1 -
İsveç 20 - - 2
Ukrayna     1 -
Böyük Britaniya 192 39 2 5
ABŞ 1,378 248 3 -
Uruqvay     1 -

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]