Anna Karenina (roman) — Vikipediya

Anna Karenina
rus. Анна Каренина
Müəllif Lev Tolstoy
Janrlar roman, Realizm
Orijinalın dili rus dili
Ölkə
Orijinalın nəşr ili 1877
Səhifə 864 (ilk nəşr)
Əvvəlki Hərb və Sülh
Sonrakı Dirilmə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna Karenina (rus. Анна Каренина) — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilmiş roman. Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir.

Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.N. Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır.

Məzmunu[redaktə | mənbəni redaktə et]

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma, o, heç nəyə baxmadan bunların hamısından imtina edir. O, özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.[1]

Romanın başlanğıc cümləsi:

" Все счастливые семьи похожи друг на друга, каждая несчастливая семья несчастлива по-своему..

(Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir.)

"

Adaptasiyalar[redaktə | mənbəni redaktə et]

Anna Karenina (film 2012)

Film[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]