Anison — Vikipediya

Anison
アニソン
Mənbəsi J-pop
Ölkə Yaponiya Yaponiya
Tipik alət qarışıq

Anison (アニソン?)animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur.[1] Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir.

Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s. bu cür müğənnilərdir. Müğənnilərlə yanaşı bəzi musiqi qruplarının da sırf animson bəstələməsi də geniş yayılmışdır. Kalafina, Asian Kung-Fu Generation, fripSide və s. Hətta bir sıra qruplar sırf anison hazırlamaq üçün qurulub (Myth & RoidEgoist kimi). Bəzən isə anime üçün mahnılar personajı səsləndirən seyyular tərəfindən də oxunur.

Bəzən animenin saundtreki ayrıca DVD şəklində buraxılır. Anison əsasında AMV hazırlanması geniş yayılmışdır.

Anison və anison ifaçıları anime izləyiciləri arasında olduqca populyardır. Anisona həsr olunmuş bir çox festival və tədbir keçirilir. Bu cür tədbirlər 30.000-dən çox fanatı özünə çəkir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "7 Popular Japanese 'Anime Song' Artists". Manga Tokyo. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2018.
  2. "THE GROWING ANISON SCENE". Web-Japan. 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2018.