Andraş Töröçik — Vikipediya

Andraş Töröçik
mac. Törőcsik András
Ümumi məlumatlar
Ləqəbi Törö
Kese
Doğum tarixi 1 may 1955(1955-05-01)[1]
Doğum yeri
Vəfat tarixi 9 iyul 2022(2022-07-09)[2] (67 yaşında)
Vətəndaşlığı
Boyu 172 sm
Çəkisi 67 kq
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1967—1974 Macarıstan "Vaşutaş"
Klub karyerası[* 1]
1974—1985 Macarıstan "Uypeşt-Doja" 236 (69)
1985—1986 Fransa "Monpelye" 26 (3)
1987—1988 Macarıstan "Volan" ? (?)
1988—1989 Macarıstan "MTK Budapeşt" 2 (0)
Milli yığma[* 2]
1976—1984 Macarıstan Macarıstan 45 (12)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Andraş Töröçik (mac. Törőcsik András; 1 may 1955[1], Budapeşt, Macarıstan9 iyul 2022[2]) — hücumçu mövqeyində çıxış etmiş keçmiş Macarıstan futbolçusu. Ləqəbləri – Törö və Kese.

Andraş Töröçik ən çox "Uypeşt-Doja" futbol klubundakı performasına görə tanınır. 1978-ci il FİFA Dünya Kuboku1982-ci il FİFA Dünya Kubokunun final mərhələsində Macarıstan milli futbol komandasında çıxış etmişdir.

Karyera[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Andraş Töröçik 12 yaşında ikən "Vaşutaş" futbol klubunun heyətini qoşulmuşdur ki, o, burada düz 7 il çıxış etmişdir. O, 1974-cü ilin yayında Macarıstanın paytaxtı Budapeşt şəhərini təmsil edən "Uypeşt-Doja" futbol klubuna transfer olunmuşdur. Yaxşı texnikası, vurduğu qollar və rəqibə gözlənilməz təhlükə yaratmaq bacarıqlarına görə Andraş Töröçik çox keçmədən komandanın liderlərindən birinə çevrilmişdir.[3] "Uypeşt" futbol komandasının heyətində çıxış etdiyi dövrdə Andraş Töröçik Futbol üzrə Macarıstan Çempionatında üç dəfə birincilik yaşamış, bir dəfə isə Futbol üzrə Macarıstan Kubokunu qazanmışdır. "France Football" jurnalına görə Andraş Töröçik iki dəfə – 1977-ci ildə[4] və 1981-ci ildə[5] Avropanın ən yaxşı futbolçuları arasında yer tutmuşdur.

Andraş Töröçik "Uypeşt" futbol klubunun azarkeşlərinin sevimli futbolçularından idi. Onlar Töröçikə "Rəqs et, Törö!" (mac. Táncolj, Törő!) deyə mahnı oxuyaraq dəstək verirdilər.[6]

1985-ci ildə Andraş Töröçik Fransanın "Monpelye" futbol klubuna transfer edilmişdir. Macarıstan Futbol Federasiyası otuz yaşını keçmiş futbolçulara xaricdən gələn müqavilə təkliflərini imzalamağa icazə vermişdir. Buna görə də otuz yaşlı Töröçik Fransadan gələn bu müqaviləni imzalaya bilmişdir.[7] Fransada çıxış etdiyi dövrdə Andraş Töröşik Futbol üzrə Fransa Çempionatında (Liqa 2) birincilik yaşamışdır. "Monpelye" futbol klubunda 31 oyun keçirmiş və 4 qol vurmuşdur.[8] Bundan sonra Macarıstanın "Volan" və "MTK Budapeşt" futbol klublarında çıxış etmiş Andraş Töröçik 1989-cu ildə karyerasına son qoymuşdur.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 András Törőcsik // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Gyász: elhunyt Törőcsik András (mac.). 1997. ISSN 1418-1630
  3. "Brief history of the club". www.ujpestfc.hu (ingilis). Az Újpest FC hivatalos honlapja. 2012-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  4. Pyer, Xose Lui. "European Footballer of the Year ("Ballon d'Or") 1977". www.rsssf.com (ingilis). RSSSF. 1 may 2005. 25 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  5. Pyer, Xose Lui. "European Footballer of the Year ("Ballon d'Or") 1981". www.rsssf.com (ingilis). RSSSF. 26 mart 2005. 2014-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  6. "Táncolj, Törő! — 55 éves az Újpest legendája". www.telesport.hu (ingilis). Telesport.hu. 1 may 2010. 9 May 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  7. Deltort, Nicolas. "Budapest : le cercle des poètes disparus" (PDF). Actufoot.34 (fransız) (№ 39). dekabr 2008. 2009-10-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  8. "Les joueurs les plus capés — Complet". www.mhscfoot.com (ingilis). MHSCFoot- Site Officiel du Montpellier Hérault Sport Club. 20 avqust 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]